tehsil_xeberleri_metn Ukraynadan məcburi qayıdan tələbələrimizin aqibəti necə olacaq? – Şura sədrindən təklif

Ukraynadan məcburi qayıdan tələbələrimizin aqibəti necə olacaq? – Şura sədrindən təklif

Ukraynadan məcburi qayıdan tələbələrimizin aqibəti necə olacaq? – Şura sədrindən təklif

Hazırda Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkədə təhsil alan əcnəbi tələbələr öz ölkələri tərəfindən təxliyə edilirlər.

Eyni zamanda Ukraynanın müxtəlif şəhərlərində təhsil alan azərbaycanlı tələbələrin də hissə-hissə təxliyəsi davam edir.

Bəs müharibə səbəbilə təhsilləri yarımçıq qalan tələbələrin aqibəti necə olacaq? Ölkəmizə gətirilən tələbələrin təhsilini davam etdirməsi üçün hər hansı addım atıla bilərmi?

Mövzu ilə bağlıAzEdu.az-a danışanTəhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərovabelə hallarda universitetlərin xüsusi strategiyalarının olduğunu qeyd edib:

“Bu müharibə gözlənilməz idi. Nəzərə alsaq ki, təhsil ilinin bitməsinə elə də çox qalmayıb, ümid edək ki, sentyabra kimi müharibə bitəcək və Ukraynadan təxliyə olunan tələbələr təhsillərini öz universitetlərində davam etdirə biləcəklər. Hər halda həmin təhsil aldıqları universitetlərin fors-major hallarla bağlı müəyyən strategiyası var, adətən xarici universitetlərdə bu hallar nəzərə alınır. Bu zaman onları ayrı-ayrı araşdırmaq lazımdır ki, belə bir situsiyada qərarları necə olacaq. Çünki orada sadəcə azərbaycanlı və yerli tələbələr deyil, bir çox xarici ölkələrdən olan tələbələr də təhsil alır. Bu müharibə isə orada olan bütün təhsilalanların gündəlik yaşayışını dəyişdi, nəzərə alaq ki, döyüşlər artıq paytaxt ətrafında gedir”.Sədr, hər hansı müraciət olunacağı təqdirdə məsələyə baxılacağını və qanunvericiliyə uyğun addım atılacağını vurğulayıb:

“Bununla bağlı Təhsil Nazirliyinə, yaxud bizə müraciət olunarsa, bu kimi hallarda hansı addımı ata biləcəyimizlə bağlı ilk növbədə qanunvericiliyə nəzər salacağıq. Ancaq özüm fərdi olaraq vəziyyətlə maraqlandım və nəticədə bir neçə universitetin belə hallarla bağlı fors-major siyasəti olduğunu öyrəndim. Ümid edək ki, tezliklə müharibə bitsin və bütün tələbələr tədrisə davam etsinlər”.

O son olaraq, -“Ola bilsin ki,biz bu vəziyyətdə nə kimi addım atmağın lazım olduğu ilə bağlı Təhsil Nazirliyi ilə danışaq və kiçik bir açıqlama verək”-deyə qeyd edib.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...

Müəllimlərin vahid geyim forması?

Müəllimlərin vahid geyim forması?

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərə bilər.