tehsil_xeberleri_metn Ucqar kəndə gedən müəllimlərin nəzərinə? - Təhsil xəbərləri

Ucqar kəndə gedən müəllimlərin nəzərinə?

Ucqar kəndə gedən müəllimlərin nəzərinə?

Təhsil Nazirliyi tərəfindən rayon mərkəzlərindən uzaq məsafədə yerləşən kənd məktəblərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti həmin məktəbdə davam etdirən gənc mütəxəssislərə bir sıra həvəsləndirmə tədbirləri tətbiq olunur.

Həmin tədbirlər müəllimlərə yol, əmlakın daşınması üçün nəqliyyat xərci, ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əməkhaqqının 2 (iki) misli həcmində birdəfəlik yardım, 3 il müddətində kommunal xidmətlərini ödəmək üçün 60 manat məbləğində kompensasiya verilməsi, yaşayış sahələrinə ehtiyaclarının ödənilməsi, torpaq sahələrinin ayrılması, ipoteka kreditlərinin verilməsidir.

Lakin bölgələrə gedəcək müəllimlərə verilməli olan müavinətlər bir qədər gecikdirilir.

Milli.Az xəbər verir ki, bölgələrdə işləyəcək olan müəllimlərin modern.az-a verdiyi məlumata görə, onlara müavinətlər sentyabrda deyil, noyabr-dekabr aylarında veriləcək. Bu isə yeni işə başlayan gənc müəllimlərə problemlər yaradır. Kəndlərə getmək, yerləşmək, lazımi ərzaqların alınması, hər gün məktəbə gedib-gələrkən - bir sözlə, gündəlik xərclərin qarşılanmasında onlar problemlə üzləşirlər. Müəllimlərin həmin müavinətlərin niyə belə gec verilməsini isə onlara izah edilmədiyini qeyd ediblər.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən münasibət öyrənməyə çalışdıq. Modern.az-ın sorğusuna cavab olaraq nazirlikdən bildirilib ki, yerli təhsil şöbələri və onların tabeliyində olan təhsil müəssisələri Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilmir.

"Qeyd olunan məsələ ilə əlaqədar müvafiq şəhər (rayon) icra hakimiyyətinə müraciət etməyinizi məqsədəuyğun hesab edirik".

Qeyd edək ki, rayon mərkəzindən 20 km-dən artıq məsafədə yerləşən kənd məktəbində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti həmin məktəbdə davam etdirən gənc mütəxəssislər üçün isə sadalanan həvəsləndirmə tədbirləri ilə yanaşı, hər ay əməkhaqqına 100 manat da əlavə olunur.

Milli.Az

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...