Türkiyənin zəlzələ bölgəsində zərərçəkmiş 23 şagird Bakı məktəblərində təhsilə cəlb olunub - EKSKLÜZİV

Türkiyənin zəlzələ bölgəsində zərərçəkmiş 23 şagird Bakı məktəblərində təhsilə cəlb olunub.

"Report"un əldə etdiyi məlumata görə, şagirdlər Bakı Anadolu Liseyinə və Bakı Atatürk Liseyinə yerləşdirilib.

Şagirdlər bir neçə gündür həmin liseylərdə təhsil alırlar.

Məlumatı Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri AliRıza Altunel "Report"a təsdiqləyib. O bildirib ki, zəlzələ bölgəsindən şagirdlərin Bakıdakı liseylərə təhsilə cəlb edilməsi prosesi davam edəcək.

Bakı Atatürk Liseyindən isə bildirilib ki, zəlzələ bölgəsindən gəlmiş şagirdlər bu liseydə ödənişsiz təhsil alacaqlar.

  • Paylaşmağı unutma

Səhr yaz

Dövlət qulluğuna qəbulun nəticəsi açıqlanıb

Dövlət qulluğuna qəbulun nəticəsi açıqlanıb

Dövlət İmtahan Mərkəzi dekabrın 17-də inzibati icraçı vəzifələrə (B növü) aid vəzifə qrupları üzrə dövlət qulluğuna keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb. "Report" xəbər verir ki, Bakı şəhərində kağız daşıyıcılar vasitəsilə...

Bu il Bakıda 47 mindən çox şagird məktəbini dəyişib

Bu il Bakıda 47 mindən çox şagird məktəbini dəyişib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 2023-cü ildə 47 854 şagird elektron sistem (sy.edu.az) vasitəsilə bir məktəbdən digərinə köçürülüb. Bu barədə "Report"a ...