Türkiyəli mütəxəssis Şuşada seysmik stansiya quraşdırılacaq ərazi ilə tanış olub

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Monitorinq mərkəzində Türkiyə DİN-nin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) nümayəndələri ilə görüş keçirilib.

"Report"xəbər verir ki, görüşdə AMEA nəzdində RSXM-nin baş direktoru Qurban Yetirmişli, AFAD-ın nümayəndə heyətinin rəhbəri Bahadır Aktuğ, AFAD-ın Zəlzələ Departamentinin əməkdaşları Vedat Özsarac və digər şəxslər iştirak edib.

Görüşdə RSXM-lə AFAD-ın Zəlzələ Departamenti arasında ikitərəfli əməkdaşlıq məsələləri, birgə həyata keçiriləcək layihələr, Şuşada quraşdırılıcaq seysmik stansiya ilə bağlı məsələlər müzakirə olunub.

Qeyd edək ki, fevralın 8-də Şuşada quraşdırılacaq seysmik stansiya ilə bağlı seçilmiş əraziyə baxış keçirilməsi məqsədi ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov və AFAD-ın Zəlzələ Departamentinin nümayəndəsi Vedat Özsaraç Şuşada səfərdə olublar. Səfər zamanı türkiyəli mütəxəssis seysmik stansiya quraşdırılacaq ərazi ilə tanış olub.

Xatırladaq ki, Şuşa ətrafında seysmik stansiya quraşdırılması ilə bağlı işlərə artıq start verilib və həmin stansiyanın avadanlıqları qardaş Türkiyə Respublikası tərəfindən Azərbaycana hədiyyə olunacaq.

  • Paylaşmağı unutma

Səhr yaz

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Oktyabr ayı üzrə 729 müraciətçinin 612-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə "Report"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib....

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

2023-2024-cü tədris ilində e-jurnal və e-gündəlik platformasına qoşulan ümumi təhsil müəssisələrinin sayı 453-ə çatıb. Elm və Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sözügedən sistemdən hazırda Bakı şəhəri ilə yanaş...

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

"Bu gün məktəblərdə psixoloq ştatının azlığı onların aldığı əməkhaqqının az olması ilə əlaqədardır". “Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” ...