“Türk xalqlarının mərasimləri” adlı monoqrafiya çap olunacaq

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İnstitutdanAZƏRTAC-a bildirilib ki, öncə qardaş Türkiyədə baş verən təbii fəlakət zamanı həyatlarını itirən insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnstitutun baş direktoru professor Abbas Seyidov Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə hazırlıq tədbirləri ilə bağlı görüləcək işlər barədə məsləhət və tövsiyələrini verib.

Dosent Səfər Aşurovun təqdimatında arxeologiya, etnoqrafiya və etnologiya ixtisaslarına elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə qəbul olmuş doktorant və dissertantların fərdi planları dinlənilib və müzakirə edilib.

Elmi şura tərəfindən tarix elmləri doktoru Güllü Yoloğlunun “Türk xalqlarının mərasimləri” adlı yeni monoqrafiyasının çapa təqdim olunması yekdilliklə qəbul edilib.

Sonda cari məsələlərə baxılıb.

  • Paylaşmağı unutma

Səhr yaz

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Oktyabr ayı üzrə 729 müraciətçinin 612-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə "Report"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib....

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

2023-2024-cü tədris ilində e-jurnal və e-gündəlik platformasına qoşulan ümumi təhsil müəssisələrinin sayı 453-ə çatıb. Elm və Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sözügedən sistemdən hazırda Bakı şəhəri ilə yanaş...

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

"Bu gün məktəblərdə psixoloq ştatının azlığı onların aldığı əməkhaqqının az olması ilə əlaqədardır". “Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” ...