Türk ad və soyadlarının transliterasiya lüğəti hazırlanacaq

Türk ad və soyadlarının transliterasiya lüğəti hazırlanacaq

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində “Türk ad və soyadlarının transliterasiyası” mövzusunda dəyirmi masa keçirilib.

Bu barədə"Report"a Mərkəzdən məlumat verilib.

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru professor Sevinc Əliyeva antroponimlərin mənsub olduğu hər bir xalqın tarixini, mədəniyyətini, dini etiqadını, adət-ənənələrini əks etdirən vahidlər kimi dilin lüğət tərkibinin mühüm hissəsini təşkil etdiyini bildirməklə ad və soyadların transliterasiyası sahəsində xeyli qüsur və nöqsanların olduğunu qeyd edib.

Natiq mövzunun aktuallığını vurğulamaqla KİV-də işlənən Avropa və türk mənşəli antroponimlərin yazılışındakı variantlılığın aradan qaldırılmasının, sözlərin yazıda dilimizin səs tərkibinə uyğun şəkildə ifadəsinin təmin edilməsi işində mütəxəssislərin iştirakının zəruriliyini xüsusi qeyd edib.

“Türk ad və soyadlarının transliterasiyası” mövzusunda çıxış edən şöbə müdiri dosent Şahlar Məmmədov fonetik transkripsiya yolu ilə transliterasiya probleminin tam həll olunmaması səbəbindən xarici adların da yazılışı və tələffüzündə pərakəndəliyin hökm sürdüyünü, mövcud transliterasiya standartlarının praktik baxımdan yetərli olmamasını qeyd etməklə ad və soyadların Türk dilindən dilimizə transliterasiyasında bəzi mübahisəli məqamların mövcudluğunu bildirib.

Natiq nəzərə çatdırıb ki, bəzən müvafiq səslərin konvertasiyası və sözlərin transliterasiyası məna təhrifinə səbəb olur. Bu baxımdan sözügedən antroponimlərin mənbə dildəki kimi yazılması daha məqsədəuyğundur.

Dosent Ş.Məmmədov Monitorinq Mərkəzinin apardığı monitorinqlərin nəticələrinə əsasən, transliterasiya sahəsində vahid prinsiplərin olmamasını qeyd etməklə müasir türk dillərinin fonetik sistemində ümumi cəhətlərlə yanaşı, fərdi xüsusiyyətlərin nəzərə alınmasının zəruriliyini bildirib.

Müzakirədə çıxış edən alim və mütəxəssislər tədbirin olduqca aktual mövzuya həsr edildiyini vurğulayıb, türk ad və soyadlarının transliterasiya istiqaməti üzrə vahid transkripsiya normalarının hazırlanması, transliterasiya prinsiplərinin müəyyənləşdirilməsi, türk ad və soyadlarının transliterasiya lüğətinin hazırlanması və s. məsələlər barədə geniş bəhs ediblər.

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...