Texniki Universitetdə imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub

Texniki Universitetdə imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub - 1

Yanvarın 25-də Azərbaycan Texniki Universitetində (AzTU) 2021/2022-ci tədris ili üzrə keçirilən qış imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub.

AzEdu.azxəbər verir ki, mediaturda AzTU-nun İctimai Şurasının üzvləri, mətbuat nümayəndələri və tələbələrin valideynləri iştirak ediblər. Qeyd olunub ki, AzTU-da qış imtahan sessiyası şifahi (texniki fənlər) və test (humanitar fənlər) üsulu ilə keçirilir. Şifahi imtahanların keçirilməsi üçün müşahidə kamerası və səsyazma cihazı ilə təmin olunan 75 imtahan otağı ayrılıb. Test imtahanları isə kompüter zallarında təşkil olunub. Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq imtahanda iştirak edən bütün tələbələr tibbi maska və digər qoruyucu vasitələrdən istifadə edirlər. Həmçinin imtahan zamanı tələbələr arasında sosial məsafənin qorunmasına riayət olunur. O da bildirilib ki, sessiya müddətində koronavirusa yoluxmuş tələbələr üçün sessiya bitdikdən sonra xüsusi imtahan günləri təyin olunacaq. İmtahan sessiyası başlayandan bu günə kimi 5 magistrant və 2 bakalavr tələbə koronavirusa yoluxub.

Mediaturdan sonra AzTU-nun rektoru Vilayət Vəliyev jurnalistlərin suallarını cavablandırıb.

Qeyd edək ki, AzTU-da qış imtahan sessiyası fevralın 2-də yekunlaşacaq.

  • Paylaşmağı unutma

Səhr yaz

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Oktyabr ayı üzrə 729 müraciətçinin 612-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə "Report"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib....

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

2023-2024-cü tədris ilində e-jurnal və e-gündəlik platformasına qoşulan ümumi təhsil müəssisələrinin sayı 453-ə çatıb. Elm və Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sözügedən sistemdən hazırda Bakı şəhəri ilə yanaş...

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

"Bu gün məktəblərdə psixoloq ştatının azlığı onların aldığı əməkhaqqının az olması ilə əlaqədardır". “Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” ...