tehsil_xeberleri_metn Telefonların satışı ilə təhsilin nə əlaqəsi var? - Təhsil xəbərləri

Telefonların satışı ilə təhsilin nə əlaqəsi var?

Telefonların satışı ilə təhsilin nə əlaqəsi var?

Ölkədə yeni tədris ilinin başlanmasına təxminən iki həftə qalır və bu dəfə məktəbli geyimi satılan mağazalarda yox, telefon dükanlarında ajiotaj müşahidə edilir.

Məlum olduğu kimi, sentyabrın 15-də tədris ilinin başlaması ilə ibtidai sinif şagirdləri həftədə 2-3 dəfə olmaqla dərsə gedəcəklər. Yuxarı siniflərin şagirdləri isə hələlik onlayn formada təhsil alacaqlar. Bu səbəbdən də valideynlər telefon mağazalarına yollanıb, övladlarının onlayn dərslərə qoşula bilmələri üçün telefon alırlar.

Çünki bir çox valideynlərin mobil telefonları ya köhnəlib, ya proqramlar ağır işləyir, donmalar olur, ya da onlayn dərs üçün zəruri olan sistemləri yükləyə bilmirlər.

Şagirdlərə isə sürətli, texniki imkanları yaxşı olan, dərs saatında onlayn şəbəkədən tez-tez ayrılmayan cihazlar lazımdır.

Ona görə mobil telefon, planşet satılan mağazalara yollananların sayı artıb. Valideynlər ya nağd, ya da kredit şərtləri ilə telefonlarını yeniləyirlər, ən müasirlərini almağa üstünlük verirlər.

Milli.Az musavat.com-a istinadən bildirir ki, hazırda tanınmış mobil telefon dükanlarında ən çox Çin istehsalı olan telefonlar satılır. Satıcıların sözlərinə görə, müştərilər əsasən "Huawei", "Xiaomi" kimi brendlərin modellərinə üstünlük verirlər.

Onların bildirdiyinə görə, əsasən də son üç gündə telefon satışında canlanma müşahidə olunur. Valideynlərə əsasən "Teams" proqramını yükləmək üçün yeni telefonlar lazımdır. Bu, şəbəkə onlayn dərslərin təşkilində ən universal, modern və operativ xidmətdir.

Həmin proqram vasitəsi ilə şagird özünü sinif otağındakı kimi hiss edir və yaşıl düyməni basmaqla onlayn şəkildə əlini qaldırmış, müəllimə sual vermək üçün icazə almış olur.

Satıcılar bildirirlər ki, köhnə telefonlar bu proqramı "Play market"dən ya yükləmir, ya da ağır sistem olduğuna görə dəstəkləmir.

Telefon dükanlarında danışırlar ki, zəmanə tam dəyişib, ötən ilə qədər bazarlarda məktəbli geyimi, çanta, dəftər-kitab, karandaş, qələm axtaran, dəridən-qabıqdan çıxan valideynlər bu il pandemiya şəraitində onlayn dərs üçün texniki vasitələrini təzələyirlər.

Qeyd edək ki, 1-4-ci siniflər üçün həftədə 2-3 dəfə olmaqla, tədris əyani formada təşkil ediləcək. 5-9-cu və 10-11-ci siniflər üçün 15 sentyabrdan tədris distant formada təşkil olunacaq. Oktyabrın 1-dən V-IX siniflərin 2 və ya 3 dəfə məktəbə əyani şəkildə gəlməsi nəzərdə tutulur.

Milli.Az

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...