Tələbələrə kredit yenilikləri

Tələbələrə kredit yenilikləri

Təhsil Nazirliyi həyata keçirməyi plaşlaşdırdığı "Maarifçi" tələbə kreditləri və qrantları fondunun yaradılması layihəsi barədə açıqlama verib.

Fins.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, fondun yaradılmasının əsas məqsəd kredit və qrantların verilməsi vasitəsilə gənc vətəndaşlara ali təhsil almaqda bərabər imkanların təmin olunması, tələbələrin diqqətinin təhsil proqramlarına yönləndirilməsi, ali təhsil müəssisələrinin maliyyə təminatının bilavasitə möhkəmləndirilməsi və ümumiyyətlə, ölkəmizdə təhsil sahəsində xeyriyyəçilik ənənələrinin dirçəldilməsi hesabına regional, demoqrafik, sosial və gender tələbə müxtəlifliyinin təmin edilməsidir.

Fondda cəmləşən maliyyə vəsaitinin təhsil haqqı, yataqxana, tədris-metodiki ədəbiyyatların və digər tədris resurslarının alınması, eləcə də, təcrübələrin keçirilməsi ilə bağlı xərclərin ödənilməsinə dair kredit və qrant formasında verilməsi nəzərdə tutulur. Verilmiş kredit və qrantlar üzrə girovsuz sadələşmiş prosedur təklif olunur.

Fondun təsisçisi və sponsoru qismində ölkəmizdə fəaliyyət göstərən müxtəlif özəl şirkətlər, təhsil müəssisələri, ictimai təşkilatlar çıxış edə bilər. Fondda iştirak həm maddi vəsaitin, həm də qeyri-maddi aktivlərin təqdim edilməsi formasında təmin oluna bilər.

Ali təhsil müəssisələrinin fondda təsisçi qismində iştirakı gələcəkdə müəyyən ediləcək illik şərti tələbə sayı üzrə nəzərdə tutulub. Fondun qərarı ilə bu tələbələrin yerləşdirilməsi zamanı tələbəyə tam və ya qismən kredit formasında maliyyələşmə təklif oluna bilər. Məsələn, illik 50 tələbə sayı təklif edildiyi təqdirdə 50% maliyyəşdirmə ilə 100 nəfərə qismən kredit formasında maliyyələşmə müəyyən edilə bilər.

Milli.Az

  • Paylaşmağı unutma

Səhr yaz

110 mindən çox abituriyent ərizəsini təsdiqləyib

110 mindən çox abituriyent ərizəsini təsdiqləyib

Ali təhsilin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasından) qəbul olmaq istəyən 115 min 245 abituriyent ərizə verib. Bununla bağlı "Report"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib....

On minlərlə gənc peşə təhsilindən kənarda qalıb

On minlərlə gənc peşə təhsilindən kənarda qalıb

"Təəssüf hissi ilə qeyd etməliyik ki, peşə təhsilinə qəbul ali təhsilə qəbuldan 3 dəfə azdır. Ölkəyə inkişaf istiqamətlərinə uyğun zəruri peşələrə malik ixtisaslı işçilər tələb edilir"....

Magistraturaya qəbul imtahanının yekun nəticələri

Magistraturaya qəbul imtahanının yekun nəticələri

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına fevralın 11-də keçirilən qəbul imtahanının yekun nəticələrini elan edib. "Report" xəbər verir ki, bakalavrlar imtahan nəticələri ilə buradan tanış ola bilərlər.