Tələbə köçürülməsinin dayandırılma SƏBƏBİ

Tələbə köçürülməsinin dayandırılma SƏBƏBİ - 1

Təhsil prosesinin davamlılığını təmin etmək, tələbələrin köçürülmə prosesi zamanı onların təhsillərində meydana çıxa biləcək fasilənin ortadan qaldırılması məqsədilə bu ilin qış tətili müddətində tələbə transferi həyata keçirilməyəcək.

Modern.azxəbər verir ki, bu barədəTrend-dəTəhsil nazirliyindən bildiriblər.

Qeyd olunub ki, hazırkı dövrdə pandemiya səbəbindən ali təhsil müəssisələrində tədrisin iki həftə gec başlanması, imtahan sessiyası və tətil müddətinin sıxışdırılması tələbə köçürmələri zamanı, həmçinin təqaüd alacaq tələbələrin müəyyən olunmasında gecikmələrin artacağını proqnozlaşdırır.

" Bir daha qeyd etmək istəyirik ki, tələbələrin bərpası prosesi əvvəlki qaydada davam edəcək",-deyə əlavə edilib.

Xatırladaq ki, bir müddət öncə Təhsil nazirliyi tərəfindən 2021-2022-ci tədris ilinin ikinci semestrində ,qış tətili dövründə transfer.edu.az portalı vasitəsilə respublika daxilində, eləcə də xarici ölkələrin ali və orta ixtisas təhsili müəssisələrindən (bir ixtisasdan və (və ya) təhsilalma formasından digərinə) tələbələrin köçürülməsi həyata keçirilməyəcəyi bildirilib.

  • Paylaşmağı unutma

Səhr yaz

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Oktyabr ayı üzrə 729 müraciətçinin 612-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə "Report"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib....

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

2023-2024-cü tədris ilində e-jurnal və e-gündəlik platformasına qoşulan ümumi təhsil müəssisələrinin sayı 453-ə çatıb. Elm və Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sözügedən sistemdən hazırda Bakı şəhəri ilə yanaş...

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

"Bu gün məktəblərdə psixoloq ştatının azlığı onların aldığı əməkhaqqının az olması ilə əlaqədardır". “Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” ...