Təhsilimizin yüksək keyfiyyətinə mane olan amillər hansılardır?

Təhsilimizin yüksək keyfiyyətinə mane olan amillər hansılardır?

"Azərbaycanda buraxılış imtahanları yalnız X və XI siniflərdə keçirilir. Daha erkən siniflərdə qiymətləndirmənin keçirilməsi şagirdlərin zəruri fənlər üzrə nəticələrini yaxşılaşdırmağa imkan verəcək”. APA TV-nin xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, bu il Təhsil Nazirliyində şagirdlərin biliklərinin qiymətləndirilməsinin daha erkən siniflərdə keçirilməsi məsələsi müzakirə edilib: "Təhsil Nazirliyi tərəfindən Təhsil Problemləri İnstitutu qarşısında bu məsələ ilə bağlı vəzifə qoyulub. Hazırda beynəlxalq təcrübə araşdırılır. Digər tərəfdən, ötən tədris ilinin sonunda Dövlət İmtahan Mərkəzi ilə işçi səviyyədə müzakirələr aparılıb. Müzakirələrdə bu qənaətə gəlinib ki, belə bir qiymətləndirmənin aparılması imkanları mövcuddur. Amma biz yeni tədris ili üçün bu qərarı vermirik. Belə həlledici qərarlar verilməmişdən öncə ekspertlər tərəfindən araşdırmalar aparılmalı, beynəlxalq təcrübənin öyrənilməsi başa çatdırılmalıdır”, - deyə o vurğulayıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva isə deyib ki, təhsildə yüksək keyfiyyətə mane olan amilləri aşağı siniflərdə axtarmaq lazımdır. Nəzərə çarpacaq səbəblər arasında müəllimlərin keyfiyyətsiz dərs keçməsi, idarəetmədə boşluqların olması, istər məktəb rəhbərliyi, istərsə də valideynlər tərəfindən zəifliyin olmasını qeyd etmək olar.
Aparılan təhlillərin nəticələrini açıqlayan müdirin sözlərinə görə, ən ciddi problemlərdən biri bəzi hallarda ibtidai sinif müəllimlərinin uşaqlar qarşısında məktəbəhazırlıq proqramın tələblərindən artıq tələblər qoymasıdır. Onun sözlərinə görə, problemin həlli yollarından biri müəllimlərin əlavə təlimlərə cəlb olunmasıdırsa, ikinci həll yolu məktəb rəhbərlərinin proqramın tələblərinin yerinə yetirilməsinə nəzarətin ciddi şəkildə artırılmasıdır: "Təəssüf hissi ilə bildirirəm ki, əhalinin rahat istifadəsi üçün yaradılan, eyni zamanda təhsil sisteminin özü üçün də bir çox üstünlüklərə malik olan sistem birinci sinfə qəbul prosesindəki neqativləri tam aradan qaldırılmağa imkan vermir. Belə ki, qəbul prosesinin yerlərdə qeyri-şəffaf keçirilməsi, xüsusilə uşaqların siniflər üzrə komplektləşdirilməsi prosesində məktəb rəhbərliyinin, bəzi hallarda hətta müəllimlərin valideynlərin arzusundan gəlir əldə etmək məqsədilə istifadə etməsi ilə bağlı narazılıqlar əhali arasında bu gün də səsləndirilir”.

  • Paylaşmağı unutma

Səhr yaz

110 mindən çox abituriyent ərizəsini təsdiqləyib

110 mindən çox abituriyent ərizəsini təsdiqləyib

Ali təhsilin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasından) qəbul olmaq istəyən 115 min 245 abituriyent ərizə verib. Bununla bağlı "Report"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib....

On minlərlə gənc peşə təhsilindən kənarda qalıb

On minlərlə gənc peşə təhsilindən kənarda qalıb

"Təəssüf hissi ilə qeyd etməliyik ki, peşə təhsilinə qəbul ali təhsilə qəbuldan 3 dəfə azdır. Ölkəyə inkişaf istiqamətlərinə uyğun zəruri peşələrə malik ixtisaslı işçilər tələb edilir"....

Magistraturaya qəbul imtahanının yekun nəticələri

Magistraturaya qəbul imtahanının yekun nəticələri

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına fevralın 11-də keçirilən qəbul imtahanının yekun nəticələrini elan edib. "Report" xəbər verir ki, bakalavrlar imtahan nəticələri ilə buradan tanış ola bilərlər.