tehsil_xeberleri_metn Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

“2016/2017-ci tədris ili üçün ümumtəhsil məktəblərinin I, II, III, V, VII və IX siniflər üzrə 261 adda dərslik çapı nəzərdə tutulur”.
Bu barədə Təhsil Nazirliyindən müvafiq sorğuya cavab olaraq bildirilib. Məlumatda qeyd edilib ki, növbəti tədris ili üçün hazırda dərsliklərin çapı istiqamətində hazırlıq işləri gedir.
2016/2017-ci tədris ilində ümumtəhsil məktəblərinin IX sinifləri üçün ilk dəfə olaraq yeni təhsil proqramları (kurilulumları) əsasında tərtib edilmiş dərsliklər istifadəyə veriləcək. Ümumtəhsil məktəblərinin I və V sinifləri isə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Dərslikləri Qiymətləndirmə Şurasının ekspertlərinin rəy və təklifləri əsasında əsaslı şəkildə təkmilləşdirilərək yenidən çap olunacaqlar.

2016/2017-ci tədris ili üçün ümumtəhsil məktəbləri üçün çap olunacaq dərsliklərin iyul-avqust aylarında məktəblərə çatdırılması nəzərdə tutulur.

Məlumatda həmçinin vurğulanıb ki, hər il tədris ili başlandıqdan sonra yerlərdən dərslik çatışmazlıqları ilə bağlı müraciətlərin daxil olması müşahidə edilir. Bunun da əsas səbəbi tədris ilinin sonunda şagirdlərin məktəb yerdəyişmələri və xarici ölkələrdən respublikaya gələn şagirdlərin hesabına mövcud şagird kontingentinin dəyişməsidir.

Nazirlikdən həmçinin dərsliklərinin dilinin ağır olması məsələsinə də aydınlıq gətirilib. Qeyd edilib ki, dərsliklərin dil və yazı üslubunun ağırlığı məsələsi hər kəs üçün fərqli yanaşmadır. Buna baxmayaraq dil-üslub, elmi-metodik və dizayn-bədii tərtibat baxımından dərsliklərdə mütəmadi düzəlişlər edilir. Dərsliklərin hazırlanması istiqamətində həyata keçirilən yeniliklərdən biri də odur ki, 2016/2017-ci tədris ilinə ümumtəhsil məktəblərinin 9-cu sinifləri üçün yeni təhsil proqramları əsasında ilk dəfə olaraq tərtib edilmiş dərslik layihələri rəy və təkliflərin bildirilməsi üçün www.e-resurs.edu.az saytının əsas səhifəsində yerləşdirilib. Yaxın günlərdə isə I və V sinif dərsliklərinin də layihələri ictimai rəyin öyrənilməsi məqsədilə sayta yerləşdiriləcək. Həmin səhifəyə daxil olaraq yerləşdirilmiş dərslik layihələri ilə tanış olmaq və fikir bildirmək mümkündür.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...