tehsil_xeberleri_metn Təhsil naziri LDU-da olub-FOTO - Təhsil xəbərləri

Təhsil naziri LDU-da olub-FOTO

Təhsil naziri LDU-da olub-FOTO

Respublika təhsil naziri Emin Əmrullayev 2 mart 2022-ci il tarixdə Lənkərana səfəri çərçivəsində cənub bölgəsində yeganə ali təhsil ocağı olan Lənkəran Dövlət Universitetinə (LDU) baş çəkib.

AzEdu.azxəbər verir ki, nazir tikilməkdə olan yeni tədris korpusunda inşaat işlərinin gedişi ilə də əyani tanış olub. LDU-nun rektoru, professor Natiq İbrahimov cənab nazirə tikilməkdə olan yeni tədris korpusu barədə ətraflı məlumat verib. Bildirib ki, bu, universitetdə son illərdə inşa olunan 3-cü yeni tədris korpusudur və növbəti tədris ilinə kimi tələbələrin istifadəsinə verilməsi planlaşdırılır, həmçinin köhnə tədris korpusu da yenilənərək əsaslı təmirdən sonra yataqxana binası kimi istifadə olunacaq.

Sonra təhsil naziri Emin Əmrullayev LDU-nun professor-müəllim və tələbə heyəti ilə görüş keçirib. LDU-nun bu il əsaslı təmir olunmuş geniş akt zalında keçirilən görüşü universitetin rektoru, professor Natiq İbrahimov açıb və sözü təhsil naziri Emin Əmrullayevə verib.

Təhsil naziri Emin Əmrullayev ölkədə orta və ali təhsilin inkişafı istiqamətində görülən işlərdən, gələcək prioretlərdən, tələbələrin üzərinə düşən vəzifələrdən, təhsil tələbə kreditlərindən və s.məsələlərdən danışıb, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın mahiyyətini geniş şərh edib.

Görüşdə nazir Emin Əmrullayev tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıb və tövsiyələrini verərək onları yaradıcı düşüncə sahibi olmağa, fərdi bacarıqlarını inkişaf etdirməyə səsləyib, dövlətin istedadlı gənclərə daim dəstək verdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, təhsil naziri ilə tələbələrin 2 saata qədər davam edən görüşü disskussiya şəraitində keçib və tələbələr tərəfindən maraqla qarşılanıb.

Görüşdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov da iştirak edib.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...

Müəllimlərin vahid geyim forması?

Müəllimlərin vahid geyim forması?

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərə bilər.