tehsil_xeberleri_metn Təhsil naziri: "Bəzi müəllimlərin direktor olmasını istəmirik"

Təhsil naziri: "Bəzi müəllimlərin direktor olmasını istəmirik"

Təhsil naziri: Bəzi müəllimlərin direktor olmasını istəmirik

“Məktəb direktoru olmaq üçün müraciət edənlərin sayı çoxdur. Lakin seçim üçün yaradılan komissiya bu vəzifəyə uyğun olanların sayının az olduğunu üzə çıxarır”.

“Report”un Qarabağ bürosunun məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev Mingəçevir şəhərində jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, məktəb direktoru olmaq üçün uyğunluq çox önəmlidir: “Çox yaxşı müəllimlərimiz var və direktor olmaq istəyirlər. Lakin biz onları direktor kimi görmürük. Çünki onlar müəllim kimi çox yaxşı iş görürlər. Biz yaxşı müəllimi itirib, zəif direktor əldə etmək istəmirik. Ona görə də hazırda bu istiqamətdə müəyyən işlər görülür. Yeni tədris ilinin əvvəlində bu barədə hesabat xarakterli məlumat veriləcək”.

Nazir bildirib ki, regional təhsil idarələri direktorların seçimində müəyyən rol oynayacaqlar: “Bu, az şagird kontingenti olan məktəblər üçün keçərli olacaq”.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...