tehsil_xeberleri_metn Təhsil haqları devalvasiyaya görə necə dəyişəcək? - Təhsil xəbərləri

Təhsil haqları devalvasiyaya görə necə dəyişəcək?

Təhsil haqları devalvasiyaya görə necə dəyişəcək?

“Ölkədəki ciddi qiymət artımını nəzərə alsaq, universitetlərdə bəzi ixtisaslar üzrə qiymət artımı gözləniləndir”

“Dövlət Universitetlərindən Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil haqlarının artırılması gözlənilə bilər”. Bu fikirləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.

Onun sözlərinə görə, bu ali təhsil müəssisələri maliyyələşməni özləri həyata keçirir, dövlətdən maliyyə almırlar və dövlət universiteti olmalarına baxmayaraq bütün maliyyə ödənişlərini tələbələrin təhsil haqlarından gələn gəlir əsasında həyata keçirirlər: “Bir sıra özəl ali məktəblər isə qanunvericiliyə uyğun olaraq ayrı-ayrı ixtisaslar üzrə təhsil haqqının müəyyənləşdirilməsini özləri tərəfindən həyata keçirirlər. Bu zaman onlar mütəxəssis hazırlığına çəkilən xərcləri və cəmiyyətdə ixtisasa tələbatı əsas götürürlər.Nəzərə alsaq ki, tədrislə məşğul olanların qiymət artımına görə xərcləri artıb, deməli təhsil haqlarının artırılması qaçılmazdır. Çünki, təhsil müəssisələri təkcə təhsil xərcləri yox, həm də təmir, tikinti və daxili xidmət üçün fəaliyyətlərini də öz vəsaitləri hesabına həyata keçirirlər. Bazarda qiymətlər artdığına görə bu da ali təhsil müəssisələrinə əlavə xərclərə səbəb olacaq. Ona görə də bu müəssisələr maliyyə itkilərini təhsil haqlarını qaldırmaqla kompensasiya edəcəklər. Qiymət məsələsi ali təhsil müəssisləri tərəfindən təklif kimi verilir və TQDK buna baxdıqdan sonra təsdiqlənir. Ola bilsin ki, TQDK bu artımları qəbul etməsin”.

“Amma burada bir ziddiyyətli məqam var. Azərbaycanda 2016-cı ildən ali və orta ixtisas təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planı ləğv edilməsi ilə bağlı qərar var. Məlum olduğu kimi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planına əsasən, Nazirlər Kabineti 2015-2016-cı illər ərzində mülkiyyət formasından asılı olmayaraq, ali və orta ixtisas təhsili müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsini və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsini nəzərdə tutan yeni qəbul və yerləşdirmə mexanizminin hazırlanmasını və təsdiq üçün təqdim olunmasını təmin etməlidir. Burada nəzərdə tutulmur ki, ali məktəblərin qəbul yerlərinə məhdudiyyət olmayacaq. Sadəcə, hər bir ali təhsil müəssisəsində hansı sayda tələbənin oxuması müəyyənləşdiriləcək.Bu onu göstərir ki, qarşıdakı illərdə təhsil haqları ilə bağlı ciddi addımlar gözlənilir. Nəzərə alsaq ki, qonşu ölkələrdə təhsil haqları Azərbaycandan dəfələrlə aşağıdır və orada devalivasiya olsa belə bunun təhsil haqlarına təsiri olmur, o zaman bizim tələbələrimiz yüksək qiymətlərə burda oxumaqdansa, ucuz qiymətə xarici ölkələrdə oxumağı üstün tutacaqlar”.

“Mən belə hesab edirəm ki, dövlət ali təhsil müəssisələrinin itkilərini kompensasiya edəcək və imkan verməyəcək ki, təhsil müəssisələri təhsil haqlarını artırsınlar. Çünki, bu hal baş verməsə, Azərbaycanda təhsil alanların sayı ciddi şəkildə azala bilər. Bu da həm maliyyə itkisinə həm də beyin axınına səbəb olacaq”.

Tofiq

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...