Son Tunc və Erkən Dəmir dövrünə aid eksponat - Bast heykəlciyi

Son Tunc və Erkən Dəmir dövrünə aid eksponat - Bast heykəlciyi

Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda qorunan, Son Tunc və Erkən Dəmir dövrünə aid pişikbaşlı, qadınbədənli Bast ilahəsi sol əlində egida – ilahənin vəhşi aspektinin təcəssümü olan şirbaşlı simvol ilə təsvir olunub.

MuzeydənAZƏRTAC-a bildirilib ki, tuncdan tökülmüş antropomorf fiqurlu kiçik heykəlciyin bir qədər irəli uzadılmış sağ əli hazırkı vəziyyətdə boş olsa da, barmaqlarının vəziyyəti və aradakı dəlik ilahənin əlində ənənəvi olaraq, yəqin ki, sonradan qırılıb itmiş sistr – şax-şaxlı zərb musiqi alətinin olduğunu təsdiq edir. Dördkünc altlıq üzərində yerləşdirilmiş bu heykəlcik Azərbaycan ərazisində hələlik yeganə tapıntı olsa da, onun oxşar nümunələri dünyanın bir çox muzeylərində, o cümlədən Rusiyada Dövlət Ermitajında qorunur.

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...

......