Sınaq qiymətləndirilməsinə hazırlaşan müəllimlər daha çox hansı vəsaitdən istifadə edirlər (SORĞU)?

Sınaq qiymətləndirilməsinə hazırlaşan müəllimlər daha çox hansı vəsaitdən istifadə edirlər (SORĞU)?

Artıq Mill Məclis Azərbaycanda müəllimlərin sınaq qiymətləndirilməsi ilə bağlı 2016-cı ilin büdcəsini təsdiqlədi. Bu büdcədə maaşların atrtırılması da öz əksini tapıb. Ötən ilin iyun-sentyabr aylarında Bakı məktəblərinin 30 min müəllimi sınaq qiymətləndirilməsini keçdi, noyabr ayında isə ölkə üzrə 9 rayondan 30 min müəllim sınaq qiymətləndirilməsini keçməlidir. Nəhayət, 2016-cı ildə isə digər yerdə qalan müəllimlər sınaq qiymətləndirilməsindən keçəcəklər. Nəzərinizə çatdıraq ki, ölkə başçısının məlum fərmanına əsasən sınaq qiymətləndirilməsindən keçən müəllimlərin dərs yükü 18 saata çatdırılacaq və əməkhaqları 2 dəfə artırılacaq.

Qeyd edək ki, müstəqil Azərbaycan Respublikasının tarixində müəllmlərin ilk və yeganə attestasiyası 1994-cü ildə keçirilib. Sınaq qiymətləndirilməsinin keçirilməsi müəllimlər üçün attestasiya qabağı hazırlıq xarakteri daşıyır.
Maraqlıdır, 2014-cü ilin may ayından üzü bu yana müəllimlər istər sınaq qiymətləndirilməsi, istər attestasiyaya hazırlığı ilə bağlı hansı vəsaitlərdən istifadə edirlər?
Məhz bununla bağlı Bakı və regionlarda çalışan müəllim və direktorlar arasında sorğu keçirdik. Sual belə oldu:

-Sizcə, sınaq qiymətləndirilməsinə hazırlaşan müəllimlər uğur qazanmaları üçün hansı vəsaitdən istifadə etməlidirlər?

Sınaq qiymətləndirilməsinə hazırlaşan müəllimlər daha çox hansı vəsaitdən istifadə edirlər (SORĞU)? - 2

Səkinə Rzayeva,
Bakı şəhər, Əhməd Zeynallı adına 302 nömrəli tam orta məktəbin direktoru

Sınaq qiymətləndirməsində təbii ki, hər bir müəllim öz ixtisası üzrə metodik vəsaitlərdən yararlanmalıdırlar. Kurikulumla bağlı isə "Həmkara Dəstək" kitabı məsləhətdir. Sözügedən kitabda konkretlik, yığcamlıq var. Ən əsası isə kitabda olan testlər çox əhəmiyyətli və faydalıdır. Bundan isə yanız və yalnız Azərbaycan təhsili, o cümlədən də cəmiyyəti qazana bilər. Amma bir qədər təkmilləşdirmək olar bu kitabı.

Sınaq qiymətləndirilməsinə hazırlaşan müəllimlər daha çox hansı vəsaitdən istifadə edirlər (SORĞU)? - 3

Anar Rzayev,
Göygöl rayonunda metodist-müəllim

Bu gün ölkəmizdə bir çox sahələrdə olduğu kimi, təhsil sahəsində də islahatlar uğurla həyata keçirilir. Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi, «Təhsil Azərbaycanın strateji inkisafinda ən öncül istiqamətlərdən biridir». Təhsil haqqında qanunun, strategiyanin qəbul olunması da buna əyani sübutdur. Dövrün tələblərinə uyğun olaraq da hər bir müəllim öz üzərinə düşən məsuliyyəti hiss etməlidir. Bu baxımdan sınaq qiymətləndirilməsi xüsusi əhəmiyyətə malikdi.

Sınaq qiymətləndirilməsinə hazırlaşan müəllimlər daha çox hansı vəsaitdən istifadə edirlər (SORĞU)? - 4

Aytən Cumalıyeva,
Gəncə şəhəri, 25 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

Bu gün Azərbaycan günü-gündən inkişaf edir və yeni-yeni uğurlara imza atır. Hər sahədə islahatlar nəzərə çarpır. 1999-cu ildən isə təhsil islahatları uğurla davam etdirilir. Bu islahatların ağırlığı isə, məhz biz müəllimlərin üzərinə düşür. Ona görə də müəllim daim öz üzərində işləməli, öz peşəkarığını , bilik və təcrübəsini artırmalıdır. Bu baxımdan mən sizə yeni təlim metodları və təhsildə idarəetmə ilə bağlı bir sıra yerli və beynəlxalq təlim və seminarlarda iştirak etmiş, Bakı şəhəri Xəzər rayonu Fuad Fərhadoğlu adına 230 nömrəli tam orta məktəbin direktoru Elşən Qafarovun "Həmkara dəstək” kitabını məsləhət görürəm. 25 illik pedoqoji fəaliyyətimə, təcrübəmə əsaslanaraq, tam məsuliyyəti ilə bildirirəm ki,bu kitab hər bir müəllimin və eləcə də müəllim peşəsini sevən, bu peşəyə bağlanan gənc müəllimlərin stolüstü kitabı olacaqdır.
Kitabda nə var? Etiraf edək ki, biz müəllimlər, fəal təlimdə iş forması ilə iş üsulunu qarışdırırıq. Kitabda hər bir iş formasını fərqləndirərək müsbət və mənfi cəhətlərini müqayisəli şəkildə izahının verildiyinin şahidi olacaqsınız. Bundan başqa, iş üsullarının (BİBÖ, klaster, Ziq-zaq, Akvarium və s.) geniş şəkildə açıqlamasını, perspektiv və gündəlik panlaşdırmanı, eləcə də gündəlik panlaşdırmada fəal dərsin mərhələlərini çox sadə formada izahını görəcəksiniz.
Məzmun xəttinin, əsas standartın və alt standarın zəruriliyini, mahiyyətini və eləcə də sadə dildə izahını, taksonomiyaların quruluşunu oxuyub öyrənəcəksiniz. Qiymətləndirmə isə təhsildə ən yaralı yer olduğu üçün, kitabda bu haqqda daha geniş şəkildə məlumat verilib. Diaqnostik, Formativ və Summativ qiymətləndirmənin üsul və vasitələri haqqında sadə dildə bilgilər əldə edə bilərsiniz.
Ən vacib məsələlərdən biri də kitabda bölgələrdə keçiriləcək sınaq qiymətləndirməsinə aid 750 test və onun cavabları da əks olunub. Bundan başqa, kurikulum nəzəriyyəsində dilimizə, leksionumuza daxil olan elmi sözlərin mənasını "Tazaurus” bölməsində oxuyb, onların sadə, loru dildə izahını öyrənə bilərsiniz.
Ümumiyyətlə, kitabı oxuduqdan sonra,onun nə qədər vacib olduğunu dərk edəcək, bigilərinizi yeniləyəcək, fəal təlimi yenidən sizlərə sevdirəcək, bir növ, stolüstü kitabınıza çevriləcəkdir. Mən buna əminəm!

Aynur Əlifova,Şəki şəhər 14 saylı tam orta məktəbin müəllimi
Sınaq qiymətləndirilməsinə hazırlaşan müəllimlər daha çox hansı vəsaitdən istifadə edirlər (SORĞU)? - 5

Mən özüm pedaqoji fəaliyyətimdə "Həmkara Dəstək” kitabından çox yararlanıram. Sadə şəkildə olması müəllimlərin kurikulum nəzəriyyəsini daha rahat mənimsəmələrinə yol açır.Zamanla müxtəlif mənbələrdən suallar tapır və işləyirdik. 750 testin bir arada toplanması işimizi asanlaşdırdı. Bölgə müəllimləri olaraq demək olar ki, əsasən yalnız ixtisasartırma kursları və ya təlimlərdə əlavə vəsaitlər əldə edə bilirdik. Artıq bu kitabdan rahat,özəl olaraq istifadə edirik.

Sınaq qiymətləndirilməsinə hazırlaşan müəllimlər daha çox hansı vəsaitdən istifadə edirlər (SORĞU)? - 6

Dəyanət Mehrəliyev,
Zərdab rayon kənd orta məktəbi

Mən sizin sualınızın cavabı olaraq iki kitabın adını çəkə bilərəm. Bunlar Zülfiyyə Veyisovanın "Fəal İnteraktiv Təlim” və Elşən Qafarovun və Ləman Babayevanın "Həmkara Dəstək” kitablarıdır. Mən elə gəlir ki,bu iki vəsaitdən istifadə edilsə, müəllimlərimiz üçün diaqnostik qiymətləndirmədə müvəffəqiyyət qazanmaq asan olar.

Sınaq qiymətləndirilməsinə hazırlaşan müəllimlər daha çox hansı vəsaitdən istifadə edirlər (SORĞU)? - 7

İlhamə Muradova,
Səbail rayonu 51 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Artıq bir neçə ildir ki təhsilimiz yeni standartlarla - kurikulum sənədləri əsasında irəliləyir. Bu işin içində bilavasitə olduğumüçün deyə bilərəm ki, təhsildə inkişhaf çox sürətlə gedir. Mən 2012-ci ildə təhsil nazirliyimizin sifarişi ilə nəşrdən çıxmış "Ədəbiyyat 5-in” həmmüəllifiyəm. Həmin ilə qədər müxtəlif təlimlərdə iştirak etdim. Müxtəlif vəsaitlərdən təlim haqqında məlumatlandım. Çox çətin idi, vəsait qıtlığı çəkirdim. Xarici ədəbiyyata müraciət etməli oldum. Rus və ingilis dillərində məlumatlar toplayır və bazamı genişləndirirdim. Bu günə nəzər salanda görürük ki, hazırda informasiya bolluğu var. Bu bolluq bizim sahəni də əhatə edir. Amma hansı formada? Təbii ki, bu bolluq pərakəndə şəkildə aparılır. "Həmkara Dəstək” adlı kitab-vəsait isə öz gəlişi ilə bu pərakəndiliyi aradan qaldırdı. ”Həmkara Dəsdək” işıq üzü görməklə, demək olar ki, həmkarlarımın imdadına çatdı. Kurikulum haqqında nə qədər məlumatlı olsam da, "Həmkara Dəstək”dən çox şeyləri öyrəndim. Vəsaitdə sistemlilik var. Bu kitabdan hətta, məlumatı olmayanlar da sərbəst şəkildə özləri oxuyub zəngin məlumat əldə edə bilərlər. Əminliklə deyə bilərəm ki, haqqında danışdığım kitab, məlumatı olan hər bir müəllimin stolüstü vəsaitinə çevrilib. "Həmkara Dəstək” kitabı çox gözəl və dəqiqliklə işlənilib. Testlər, mərhələli şəkildə asandan mürəkkəbə doğru gedir. Bu da kurikulumun əsasında duran məsələdir. Belə demək mümkünsə, "Həmkara Dəsdək” Azərbaycan müəlliminin işini çox asanlaşdırıb.
Xeberle.com

  • Paylaşmağı unutma

Səhr yaz

110 mindən çox abituriyent ərizəsini təsdiqləyib

110 mindən çox abituriyent ərizəsini təsdiqləyib

Ali təhsilin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasından) qəbul olmaq istəyən 115 min 245 abituriyent ərizə verib. Bununla bağlı "Report"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib....

On minlərlə gənc peşə təhsilindən kənarda qalıb

On minlərlə gənc peşə təhsilindən kənarda qalıb

"Təəssüf hissi ilə qeyd etməliyik ki, peşə təhsilinə qəbul ali təhsilə qəbuldan 3 dəfə azdır. Ölkəyə inkişaf istiqamətlərinə uyğun zəruri peşələrə malik ixtisaslı işçilər tələb edilir"....

Magistraturaya qəbul imtahanının yekun nəticələri

Magistraturaya qəbul imtahanının yekun nəticələri

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına fevralın 11-də keçirilən qəbul imtahanının yekun nəticələrini elan edib. "Report" xəbər verir ki, bakalavrlar imtahan nəticələri ilə buradan tanış ola bilərlər.