Sınağa getmək istəyirsənsə oxu bunu

Sınağa getmək istəyirsənsə oxu bunu

Ali təhsil müəssisələrinin bakalavriat, magistratura və rezidentura səviyyələrinə qəbul olmaq istəyən abituriyent və namizədlər üçün sınaq imtahanlarının günləri açıqlanıb.

Milli.Az bildirir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasınin (TQDK) mətbuat xidmətindənreport-a daxil olan məlumata görə, magistraturaya qəbul imtahanının I mərhələsi üçün sınaq imtahanı (on-line rejimdə) 20 fevral, Rezidenturaya qəbul imtahanının I mərhələsi üçün sınaq imtahanı (on-line rejimdə) 19 mart, Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları 3, 10, 24 aprel, 8 mayda keçiriləcək.

Belə ki, magistratura və rezidenturaya qəbul imtahanlarının birinci mərhələsinə hazırlaşan namizədlər üçün online sınaq imtahanı keçiriləcək. Qəbul imtahanı ərəfəsində namizədlərə öz bilik səviyyələrini real qiymətləndirməyə imkan yaradan online imtahanda suallar qəbul imtahanının birinci mərhələsi üzrə qəbul proqramı əsasında təqdim olunacaq.

İmtahanda iştirak etmək istəyənlər TQDK-nın virtual ödəmə kartını əldə etməlidirlər. Bu ödəmə kartını internet ödəmə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə SMS göndərməklə əldə etmək olar.
Magistraturaya sınaq imtahanına yazılışın fevralın 20-dən, rezidenturaya martın 19-dan həyata keçirilməsi nəzərdə tutulur. Arzu edənlər Komissiyanın internet saytının müvafiq səhifəsində ( https://eservices.tqdk.gov.az/sinaq/) qeydiyyatdan keçərək online rejimdə sınaq imtahanı verə biləcəklər.
Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə aprelin 3-də bu il üçün ilk sınaq imtahanı keçiriləcək. İmtahan Respublikanın 29 şəhər və rayonunda olmaqla, 61 imtahan mərkəzində təşkil olunacaq.

Aprel ayının 3-də keçiriləcək sınaq imtahanlarına qeydiyyat fevralın 24-dən etibarən aparılacaq. Sınaq imtahanlarına yazılmaq üçün ödəmə kartını bütün mobil operatorlardan 7735 nömrəsinə SMS göndərməklə əldə etmək olar. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası TQDK sınaq imtahanlarında iştirak edəcək abituriyentlərin diqqətinə çatdırır ki, imtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Bu iki sənəddən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda, eləcə də başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaqlar.

Milli.Az

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...

......