Sertifikatlaşdırılmanın müəllimlərin gələcək fəaliyyətinə təsiri açıqlanıb

Sertifikatlaşdırılmanın müəllimlərin gələcək fəaliyyətinə təsiri açıqlanıb

"Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanı və təhsilverənlərin sertifikatlaşdırılması fərqli proseslərdir".

"Report"xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib.

O bildirib ki, MİQ müəllim olmaq istəyən namizədlər arasında rəqabətin izlənilməsi deməkdir və nəticədə işə qəbul prosesi aparılır: "Getdikcə də bu rəqabət çoxalır. Yaxşıların içərisindən də ən yaxşıları seçilir. Yəni müəllimlər bir-biriləri ilə rəqabət aparır. Lakin təhsilverənlərin sertifikatlaşdırılması fərqlidir. Burada əsas məsələ müəllimlərin öz ixtisası üzrə minimal tələblərin ödənilməsi üçün imtahandan keçməsidir".

R.Əzizov vurğulayıb ki, sertifikatlaşdırılma zamanı əldə edilən nəticələr müəllimlərin gələcək fəaliyyətinə müəyyən mənada təsir edə bilər. Onun sözlərinə görə, uğur qazanan müəllimlər gələcəkdə metodist kimi vəzifələrə yüksələ bilərlər.

Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov isə söyləyib ki, müəllimlərin sertifikatlaşdırılmasında iştirak edən namizədlərin nəticələri yerdəyişmə prosesində nəzərə alınacaq. O bildirib ki, bu növbəti illərdə tətbiq olunacaq: "Yəni bu il üçün olmayacaq".

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...