tehsil_xeberleri_metn Sertifikasiya ilə bağlı vacib məqamlar-Müəllimlərin DİQQƏTİNƏ

Sertifikasiya ilə bağlı vacib məqamlar-Müəllimlərin DİQQƏTİNƏ

Sertifikasiya ilə bağlı vacib məqamlar-Müəllimlərin DİQQƏTİNƏ

Hazırda təhsil ictimaiyyəti və müəllimləri maraqlandıran əsas məsələlərdən biri də sertifikasiyadır.

Onları bu məsələ ilə bağlı narahat edən problemlərə isə yaxın günlərdə cavab tapılmağa başlanılıb.

9 iyun tarixində sertifikasiya ilə bağlı keçirilən görüş zamanı bir sıra vacib məqamlara toxunulub.

AzEdu.azonları təqdim edir:

Sertifikasiyanın test və müsahibə mərhələsinin keçiriləcəyi tarix açıqlanıb

“Avqust ayında sertifikatlaşdırma üzrə test mərhələsi başlayır”.

Bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin rəhbəri Nurlan İsmayılbəyli jurnalistlərlə görüşü zamanı deyib.

“Müsahibə mərhələsi isə sentyabrdan baş tutacaq”.

Yaşı 55-i keçən müəllimlər sertifikasiya prosesi üçün narahat olmasınlar

“Yaşı 55-i keçən müəllimlərin sertifikasiya ilə bağlı narahatlığına aydınlıq gətirilib”.

Bu fikirləri Təhsil İnstitutunun direktoru Rüfət Əzizovunjurnalistlərlə görüşündə deyib.

“Yaşı 55-dən yuxarı müəllimlər təcrübəsinə və biliyinə arxayındırsa, imtahanlara görə narahat olmamalıdır.

Müəllimlər deyir ki, biz siyasətçilər, deputatlar yetişdirmişik, amma yaşa görə yaddaş zəifləyib. Hesab edirəm ki, əgər bir müəllim siyasətçi, deputat yetişdiribsə, yaşı nə qədər çox olsa da, sertifkatlaşdırma suallarına rahatlıqla cavab verə bilərlər", - deyə R.Əzizov vurğulayıb.

Əməkdar müəllimlər də imtahan verəcək

“Sertifikasiyanın ilk mərhələsində Əməkdar müəllimlər imtahan ediləcək”.

Bu barədəTəhsil İnstitutunun direktoru Rüfət Əzizov jurnalistlərlə görüşündə məlumat verib.

O qeyd edib ki, fəxri adlar alan, Prezident mükafatına layiq görülən müəllimlərin sertifikasiya imtahanlarından kənarda qalması haqqında qərar yoxdur.

Yanlış cavab düzgün cavabatəsir etməyəcək

“Sertifikasiya imtahanında 60 sual olacaq və yanlış cavablar düzgün cavablara təsir etməyəcək”.

Bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov bildirib.

O, hər suala düzgün cavabın bir bal olacağını deyib:

"İmtahanın əsas məqsədi müəllimlərin bilik və bacarıqlarının yoxlanılması və peşə yaradıcılıqlarının yoxlanılmasıdır. Bunun üçün iki hissəli imtahan olacaq. İmtahanın ilk mərhələsində müəllimlər 40 bala cavab verməlidirlər. Sualın 20-i metodika ilə bağlı olacaq. İmtahanda fənnin tədrisi ilə bağlı planlamanın aparılması, qiymətləndirmə ilə və s. bağlı bacarıqlar yoxlanılacaq. Bu, daha çox müsahibə hissəsində baş verəcək. 60 sualdan hər düz cavaba görə 1 bal veriləcək və yanlış cavablar bal aparmayacaq".

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...

Müəllimlərin vahid geyim forması?

Müəllimlərin vahid geyim forması?

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərə bilər.