Şərqşünas-alim Əbdülkərim Əlizadənin anadan olmasından 117 il ötür

Şərqşünas-alim Əbdülkərim Əlizadənin anadan olmasından 117 il ötür

Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda Azərbaycan tarixçisi, şərqşünas-alim, akademik Əbdülkərim Əlizadəyə məxsus müxtəlif dəyərli materiallar - fotoşəkillər və sənədlər qorunur.

Bu barədəAZƏRTAC-a muzeydən məlumat verilib.

Ə.Əlizadə 1906-cı il yanvarın 11-də Bakıda anadan olub. 1930-cu ildə Leninqrad (Sankt-Peterburq) Şərq İnstitutunu bitirib. O, keçmiş SSRİ EA Şərqşünaslıq İnstitutunda, Leninqrad Şərq İnstitutunda, Leninqrad Dövlət Universitetində fəaliyyət göstərib. Ə.Əlizadə 1941-1963-cü illərdə SSRİ EA Azərbaycan filialının Tarix İnstitutunda baş elmi işçi, direktor, Tarix və Fəlsəfə İnstitutunun Qədim və orta əsrlər tarixi şöbəsinin rəhbəri, Azərbaycan Elmlər Akademiyasının İctimai elmlər bölməsinin akademik-katibi vəzifələrində çalışıb.

Tədqiqatçı-alim Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun ilk direktoru olub. Ə.Əlizadə elmi və ictimai fəaliyyətlərinə görə Əməkdar elm xadimi fəxri adına layiq görülüb, müxtəlif orden və medallarla təltif olunub. Alim Varşava, Münhen, Moskva, Ankara və Tehranda beynəlxalq konqreslərdə məruzə ilə çıxış edib. O, 1963-cü ildən ömrünün sonuna kimi Şərqşünaslıq İnstitutunun Mətnşünaslıq və məxəzləri çapahazırlama şöbəsinə rəhbərlik edib.

Ə.Əlizadə 1979-cu ildə Bakıda vəfat edib.

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...