tehsil_xeberleri_metn Şərqi Zəngəzur oykonimlərinə dair yeni kitab nəşr olunub

Şərqi Zəngəzur oykonimlərinə dair yeni kitab nəşr olunub

Şərqi Zəngəzur oykonimlərinə dair yeni kitab nəşr olunub

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun “Şərqi Zəngəzur oykonimlərinin coğrafiya, tarix və dilçilik baxımından tədqiqi” yeni nəşri çap edilib.

İnstitutdanAZƏRTAC-a bildirilib ki, kitabın müəllifi Coğrafiya İnstitutunun böyük elmi işçisi coğrafıya üzrə fəlsəfə doktoru Natiq Babayev, baş redaktoru coğrafıya elmləri doktoru Zakir Eminov, elmi redaktoru coğrafıya üzrə fəlsəfə doktoru Mahirə Abbasovadır.

Beş fəsildən ibarət monoqrafiyada Şərqi Zəngəzurun tarixi ərazilərindəki yaşayış məntəqə adları araşdırılıb. Əsərdə Şərqi Zəngəzur oykonimlərinin öyrənilməsinin yaranma xüsusiyyətləri fundamental şəkildə şərh edilib, xalq coğrafi terminləri, eləcə də qədim türk mənşəli terminlər vasitəsilə yaranmış oykonimlərin araşdırılmasına üstünlük verilib. Dörd və beşinci fəsillərdə isə Şərqi Zəngəzur ərazisində xalqın daha qədim tarixi ilə bağlı olan tipinin - etnotoponimlərin hərtərəfli öyrənilməsi sahəsində, xüsusilə oğuzların bu ərazilərin aborigen sakinləri olduğunu sübuta yetirən uğurlu tədqiqat işi aparılıb.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...