tehsil_xeberleri_metn Şəkinin Çeşməli kənd tam orta məktəbinin binası qəzalı vəziyyətdədir

Şəkinin Çeşməli kənd tam orta məktəbinin binası qəzalı vəziyyətdədir

Şəkinin Çeşməli kənd tam orta məktəbinin binası qəzalı vəziyyətdədir

Şəkinin Çeşməli kənd tam orta məktəbinin binası qəzalı vəziyyətdədir.

Bu barədə"Report"un yerli bürosuna məktəbin direktoru Aqil Əhmədov məlumat verib.

A.Əhmədov bildirib ki, ötən əsrin 70-ci illərdə kənd təsərrüfatı təyinatlı inşa edilən bu binada indi 110 şagird təhsil alır:

"Burada tingçilik təsərrüfatı ilə məşğul olublar. Daha sonra isə bina tam orta məktəb kimi fəaliyyət göstərib. Uzun müddət istismar olunan təhsil ocağı zaman keçdikcə qəzalı vəziyyətə düşüb. Məktəbin döşəməsi betondur. Qış fəslində sinif otaqları odunla qızdırılır. Bu isə dərs zamanı tüstü və kəskin qoxu ilə müşahidə olunur. Sinif otaqların qapı və pəncərələrinin sınıq olması bayırdakı soyuq havanın içəri daxil olmasına səbəb olur ki, bu zaman döşəməsi nəmli, otaqları isə soyuq olan siniflərdə şagirdlər üst geyimləri ilə oturmaq məcburiyyətində qalırlar".

Məktəbdə təhsil alan şagirdlərin valideynləri bildiriblər ki, hər gün dərs prosesinin həyata keçirildiyi məktəbdə tavan və divarlar hər an çökə və aşa bilər. Valideynlər dəfələrlə aidiyyatı üzrə müraciətlər etsələr də bunun bir bəhrəsinin olmadığını bildiriblər.

Məktəbin vəziyyəti ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsindən "Report"un yerli bürosuna bildirilib ki, Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində növbəlilik əsasında təmirə ehtiyacı olan məktəblərdə təmir işləri, yeni məktəb binasının tikintisinə ehtiyac olan yerlərdə isə yeni məktəb binası tikilir:

"Sözügedən məktəbin qəzalı vəziyyətdə olması ilə bağlı məlumatlıyıq və bununla bağlı müvafiq orqanlara məlumat verilib. Bizdə olan məlumata əsasən məktəbin əsaslı təmir olunması nəzərdə tutulub. Bundan başqa region üzrə 13 yerdə yeni məktəb binası yeniden tikilir və 39 məktəbdə isə cari təmiri işləri aparılır".

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...