tehsil_xeberleri_metn Şəhid tələbələrə həsr edilən “Auditoriyadan səngərə” kitabının təqdimatı olub

Şəhid tələbələrə həsr edilən “Auditoriyadan səngərə” kitabının təqdimatı olub

Şəhid tələbələrə həsr edilən “Auditoriyadan səngərə” kitabının təqdimatı olub

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının şəhid və döyüşçü tələbələrinə həsr olunan “Auditoriyadan səngərə” adlı kitabın təqdimatı keçirilib.

UNEC-dənAZƏRTAC-a bildirilib ki, kitabda UNEC Zaqatala filialının şəhid tələbəsi Anar Qarayevin, həmçinin hazırda filialda qiyabi təhsil alan Vətən müharibəsi iştirakçısı olan tələbələrin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan bəhs olunur.

Kitabın ideya müəllifi UNEC-in rektoru professor Ədalət Muradov, müəllifləri isə filialın direktoru professor Orucəli Rzayev və kitabxananın əməkdaşı Gülnigar Qurbanlıdır.

Təqdimat mərasimində filialın əməkdaşları, şəhid Anar Qarayevin valideynləri, eləcə də filialın Vətən müharibəsi iştirakçıları olan tələbələri iştirak ediblər.

UNEC-in Zaqatala filialının direktor müavini dosent Həqiqət Qədimova tədbirdə çıxış edərək, 44 günlük Vətən müharibəsində əldə olunan parlaq Zəfərdən, filialın müharibədə qəhrəmanlıq göstərən tələbə və məzunlarından söz açıb. Həmçinin şəhid Anar Qarayevin tələbəlik dövrü barədə xatirələrini bölüşüb, şəhidin döyüş yolundan bəhs edib. İqtisadiyyat fakültəsinin məzunu olan Anar Qarayevin könüllü olaraq Vətən müharibəsinə yollandığı, onun Suqovuşan istiqamətində gedən döyüşlərdən birində yaralı yoldaşlarını xilas edərkən şəhid olduğu bildirilib.

Tədbirdə şəhidin ailə üzvləri və Vətən müharibəsi iştirakçısı olan filial tələbələri erməni işğalçılarına qarşı hər bir əsgər və zabitin sona kimi mərdliklə döyüşdüyünü, qələbə əzminin sarsılmaz olduğunu diqqətə çatdırıblar.

Sonra “Auditoriyadan səngərə” kitabı tədbir iştirakçılarına hədiyyə olunub.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...