tehsil_xeberleri_metn Şəhid övladlarının rəsm əsərləri Türkiyədə nümayiş olunacaq

Şəhid övladlarının rəsm əsərləri Türkiyədə nümayiş olunacaq

Şəhid övladlarının rəsm əsərləri Türkiyədə nümayiş olunacaq

“Dünya Qarabağ şəhidlərinin və qazilərinin uşaqlarının gözü ilə” layihəsi çərçivəsində şəhid övladlarının çəkdiyi rəsm əsərləri Türkiyədə nümayiş olunacaq.

Bu barədə"Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Bildirilib ki, BŞTİ-nin tabeliyindəki 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin (UGİM) “Bədii qiraət”, “Təsviri incəsənət studiyası” və “Uşaq xalq rəqsləri” dərnəklərinin üzvləri 15-19 dekabr 2021-ci il tarixlərində Türkiyənin Antalya şəhərində Demre Bələdiyyəsi tərəfindən keçirilən tədbirdə iştirak edəcək.

Səfər çərçivəsində “Azərbaycan-Türkiyə dostluğu əbədi və sarsılmazdır” adlı rəqs festivalı, dərnək üzvlərinin rəsm əsərlərindən ibarət sərgiyə baxış keçiriləcək, “Şəhidlərin ruhu ölməzdir” adlı videoçarx nümayiş olunacaq.

Məktəblər arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə təcrübə mübadiləsi aparılacaq.

Həmçinin Antalya şəhərinin tarixi yerlərinə ekskursiyalar təşkil olunacaq.

“Dünya Qarabağ şəhidlərinin və qazilərinin uşaqlarının gözü ilə” layihəsinin əsas məqsədi şəhid övladlarının çəkdikləri rəsmlərlə xalqımızın qəhrəman oğullarını bütün dünyaya tanıtmaq, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq və onların yaradıcılıq bacarıqlarının inkişafına dəstək verməkdən ibarətdir.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...

Müəllimlərin vahid geyim forması?

Müəllimlərin vahid geyim forması?

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərə bilər.