Sabahdan universitetlər açılır

Sabahdan universitetlər açılır - 1

Sabah - sentyabrın 29-da Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin yuxarı (V-XI) siniflərində, orta ixtisas, peşə təhsili müəssisələrində və universitetlərdə yeni dərs ili başlayır.

"Report" xəbər verir ki, tədris bəzi istisnalar olmaqla əyani formada həyata keçiriləcək.

Tədris ilinin başlanması müddətləri nəzərə alınaraq, təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri üzrə, eləcə də təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdə payız tətili günlərindən 16-19 noyabr, qış tətili günlərindən 27, 28 və 31 yanvar tarixləri dərs günləri hesab ediləcək.

Qeyd edək ki, orta məktəblərin ibtidai (I-IV) siniflərində dərslər sentyabrın 22-də başlayıb.

Xatırladaq ki, 2021-2022-ci tədris ilində ölkənin ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu il neçə tələbənin xaricə göndərilməsi nəzərdə tutulur?

Bu il neçə tələbənin xaricə göndərilməsi nəzərdə tutulur?

“Birinci dövlət proqramı vasitəsilə təhsil alan tələbələrimizin əksəriyyəti ölkəyə qayıdaraq burada işləyiblər. Yeni proqram hazırlanarkən xaricə oxumaq üçün gedən şəxslərin geri qayıtması ilə bağlı nüanslar da nəzərə alınacaq”...

Təhsil almaq üçün xaricə tələbələr göndəriləcəkmi?

Təhsil almaq üçün xaricə tələbələr göndəriləcəkmi?

“Xaricdə təhsil alan məzun kimi deyə bilərəm ki, bu proqramın icrası bir çox azərbaycanlı gəncin həyatını yaxşı mənada dəyişib”. “Report” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin ...

Məktəbəhazırlıq qruplarında məşğələlər başlayacaq

Məktəbəhazırlıq qruplarında məşğələlər başlayacaq

Sabahdan məktəbəhazırlıq qruplarında əyani formada məşğələlər başlayır. “Report” xəbər verir ki, ölkə üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 117 176 şagirdin, Bakıdakı 276 ümumi təhsil...