tehsil_xeberleri_metn Sabahdan DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq

Sabahdan DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq

Sabahdan DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq

Martın 7-dən etibarən Dövlət İmtahan Mərkəzində (DİM) imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

DİM-dən bildirilib ki, imtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin aprelin 1-dək elan olunması nəzərdə tutulur.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi martın 6-da respublikanın 16 şəhər və rayonunda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.
İmtahanların təşkili üçün ümumilikdə 111 imtahan binası, 1863 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 111 ümumi imtahan rəhbəri, 304 imtahan rəhbəri, 2328 nəzarətçi–müəllim, 228 buraxılışı təşkil edən əməkdaş (mühafizə), 111 bina nümayəndəsi cəlb edilib.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilib.
İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...