Riyaziyyat fənni üzrə elmi-metodiki seminar
Gündəlik məsələ, test tapşırıqlarının hazırlanması metodikası ilə bağlı müzakirə olmuşdur.
İclasda Bakı və Sumqayıt şəhərlərindən olan orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın əməkdaşları ilə bərabər, TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran və Quba regional bölmələrindən həmin bölgələri təmsil edən müvafiq fənn müəllimləri də onlayn rejimində internet vasitəsilə videobağlantı əsasında mövzu ilə bağlı fikir bildirmiş və təkliflərini vermişlər.