tehsil_xeberleri_metn Rezidenturaya qəbul olanların qeydiyyatı başlayıb - Təhsil xəbərləri

Rezidenturaya qəbul olanların qeydiyyatı başlayıb

Rezidenturaya qəbul olanların qeydiyyatı başlayıb

Ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul olanlar üçün qeydiyyat prosesinə başlanılıb.

"Report" xəbər verir ki,https://portal.edu.az/sistemindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edilə bilər.

Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Həmçinin müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur.

Elektron sistem üzrə qeydiyyat 12 sentyabr saat 23:59-da yekunlaşacaq.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...