Rəsədxana: 87 işıq ili uzaqlıqda nəhəng ekzoplanet aşkarlanıb

Astronomlar Avropa Cənub Rəsədxanasının Çilidə yerləşən Çox Böyük Teleskopunda (Very Large Telescope - VLT) quraşdırılmış SPHERE cihazından istifadə edərək AF Leporis (HD 35850) ulduz sistemində yerləşən qaz nəhənginin şəklini çəkib. Yerdən 87 işıq ili uzaqlıqda yerləşən ekzoplanetin ulduzu demək olar ki, Günəşin tam analoqudur.

Bu barədəAZƏRTAC-a Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Tədqiqat işi ilə bağlı məqalə “Astronomy and Astrophysics” jurnalında dərc olunub və arxiv.org servisinə yerləşdirilib.

Müəlliflərin sözlərinə görə, artıq bir neçə ildir ki, Avropa Kosmik Agentliyinin “Hipparcos” və “Gaia” peykləri bizim qalaktikamızda ulduzların mövqeyini və hərəkətini dəqiq müəyyənləşdirib. Planetlərin öz ulduzlarına qravitasiya təsiri göstərərək onların trayektoriyalarını dəyişdirdikləri məlumdur. Məhz bu təhrif AF Leporis ulduzunda da müşahidə olunurdu ki, bu da onun sistemində ekzoplanetin mövcudluğunu göstərirdi.

Qeyd edək ki, aşkar olunan planet Yupiterdən 4 dəfə böyük, kütləsi isə 4.3 dəfə massivdir. Ekzoplanet öz ulduzundan Saturn yerləşdiyi məsafədə yerləşir. Hesablamalar göstərir ki, planet indiyə kimi aşkar olunan sıxlığı ən kiçik ekzoplanetdir. Həmçinin ulduzun ətrafında Koyper qurşağına bənzər disk olduğu da qeyd edilir.

AF Leporis sisteminin tədqiqi davam etdirilməsi, Günəş sisteminin formalaşmasını öyrənmək üçün çox gözəl nümunədir. Çünki cəmi 24 milyon il yaşı olan bu gənc ulduz Günəşin prototipidir.

  • Paylaşmağı unutma

Səhr yaz

BDU-nun tələbələri arasında bədii qiraət və rəsm müsabiqəsi

BDU-nun tələbələri arasında bədii qiraət və rəsm müsabiqəsi

Bakı Dövlət Universiteti (BDU) tələbələr arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii qiraət və rəsm müsabiqəsi elan edir. Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, müsabiqədə iştirak etmək istə...

“Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir

“Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən həyata keçirilən “Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir. İnstitutdan AZƏRTAC-a bildirilib ki, budəfəki seminarlar Bakıdakı 61 və 204 nömrəli tam orta məktəb...

Uşaq səfirlər STEAM mərkəzində

Uşaq səfirlər STEAM mərkəzində

Uşaq səfirlər “STEAM İnnovasiya Mərkəzi” ilə tanış olublar. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, məktəbli səfirlər STEAM mərkəzində astrofizika laboratoriyası, aviasiya məkanı, klassik Nyuton, oyun, konstruksiya, ...

ABŞ alimləri kiçik almaz kürə ilə təmiz enerji əldə ediblər

ABŞ alimləri kiçik almaz kürə ilə təmiz enerji əldə ediblər

ABŞ-nin Kaliforniya ştatında alimlər 192 şüa lazerini kiçik bir almaz yanacaq kapsulu olan silindrə yönəldiblər. Lazer işığının bu güclü partlayışı böyük temperatur və təzyiqlər yaradıb və sintez reaksiyasına - günəş enerjisini artıran reaksiyaya ...