Repetitorluq niyə yayılır – real səbəblər

Repetitorluq niyə yayılır – real səbəblər - 1

Orta məktəblərdə aşağı siniflərdə repetitorların fəaliyyəti artıq bütün valideynlərin narazılığına səbəb olub. Aşağı siniflər üçün aylıq hazırlıq ödənişi tələb edən müəllimlər valideyn üçün maddi çətinlik yaradırlar. Övladının dərslərdən geri qalmaması və oxumasını istəyən valideynlər məcburən müəllimin tələb etdiyi məbləği ödəməli olurlar.

Təhsil Nazirliyi yanında İctimai Şuranın yeni sədri Günel Səfərova Modern.az-a bildirib ki, bu məsələ ilk fürsətdə müzakirəyə çıxarılacaq.


Təhsil eksperti Nabatəli QulamoğluModern.az-a açıqlamasında deyib ki, repetitorluğun aşağı siniflərdə geniş yayılmasında iki əsas məqam var.

Birincisi, müəllimlər az əməkhaqqı aldıqları üçün özləri bunsa maraqlıdılar:

“İstəyirlər ki, öz zəhmətlərinin bəhrəsini valideyndən alsınlar. Faktiki dövlət onlara normal maaş vermir.

İkinci səbəb odur ki, dövlət sektoru ölür və artıq fəaliyyətini dayandırmalıdır. Bura sərf olunan pul havaya sovrulur. Bütün şagirdlərin bilik və bacarığı yalnız valideynlərin və repetitor, hazırlıq keçən müəllimlərin çiynindədir”.


Ekspert bildirib ki, dövlət bunun optimal yolunu tapmalıdır:

“Təhsili özəlləşdirməlidir. Yəni, təhsilə ayırılan vəsaiti qeyri-nağd şəkildə valideynə verməlidir. Məsələn, bir şagirdin 11 illik təhsil haqqı 10 min dollar edir. Bu məbləği valideynə verə bilər ki, uşağını etibar etdiyi hansısa məktəbdə oxutdursun.

Digər tərəfdən, dövlət pedaqoji kollektiv formalaşdırmaq üçün müəllimlərə imkan yaratmalıdır. Burada nədənsə qorxmaq lazım deyil ki, kiminsə imkanı olmayacaq və uşağını oxutdura bilməyəcək. Onsuz da dövlət təhsilə pul ayırır, bunun üzərinə bir az da vəsait qoyub, özəl təhsili genişləndirsin. Özəl təhsil genişlənəndən sonra güman edirəm ki, məktəblərarası inteqrasiya başlayacaq”.

N.Qulamoğlu qeyd edib ki, bizim məktəblərin bu günə düşməsinin əsas səbəbi pulsuz təhsil almağımızdadır:

“Faktiki pullu təhsil alırıq, valideyn o pulu qeyri-rəsmi şəkildə ödəyir. Amma təhsilə pul vermirik. Təhsilə pul versək, öyrədərlər. Baxın repetitorlar necə öyrədirlər? Bir neçə dəfə belə hadisəyə şahid olmuşam ki, kənddə təhsil alan və hazırlığa getməyən abituriyent 250 bal toplayır. Repetitor yanına gedəndə isə bir il ərzində 600 bal yığır. Onlar həm pul alırlar, həm də uşaqlarımıza bilik verirlər. Bundan qorxmaq lazım deyil”.

Ekspert vurğulayıb ki, dövlət sektoru özü məhvə gedir:

“Özəl sektorla dövlət arasında rəqabət yaratmaq lazımdır. Hansı dövlət sektoru qalsa, fəaliyyətini davam etdirsin. Amma o valideynin pulu ilə yaşasın. Yəni, valideyn pul vermir, bu dövlətin puludur. Sadəcə ixtiyar və məktəb seçimi validyinin özündə olur”.

  • Paylaşmağı unutma

Səhr yaz

İrəvan Müəllimlər Seminariyası - 140

İrəvan Müəllimlər Seminariyası - 140

“İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli Sərəncamını milli yaddaşın bərpasına hədəflənib. Hər bir millət gələcəyə öz tarixinin çiynində gedir.

Bu gündən şagird yerdəyişməsi dayandırılır

Bu gündən şagird yerdəyişməsi dayandırılır

Bu gün saat 18:00 tarixindən etibarən şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalı vasitəsilə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq. Bu barədəTəhsil Nazirliyindən məlumat verilib. Səbəb məktəblərdə siniflərin...

Növbəti TOEFL iBT imtahanı keçiriləcək

Növbəti TOEFL iBT imtahanı keçiriləcək

Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service – ETS) TOEFL iBT imtahanı yanvarın 8-də Dövlət İmtahan Mərkəzinin (DİM) Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq. Bu barədə AzEdu.az-a...

Sınaq imtahanları niyə bahadır?-DİM-dən CAVAB

Sınaq imtahanları niyə bahadır?-DİM-dən CAVAB

2022-ci il üçün yanvar və fevral aylarında keçiriləcək imtahanların tarixləri məlum olub. Ümumilikdə isə sınaq imtahanları ilə bağlı əsas narazılıq qiymətlərin yüksək olmasıdır. Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunan imtahan qiymətlərinin...