Rayon təhsil şöbələrində qovulmalar nə vaxt bitəcək?

Rayon təhsil şöbələrində qovulmalar nə vaxt bitəcək?

Hesablama Palatası bir neçə rayon (şəhər) təhsil şöbəsində audit tədbirləri həyata keçirib. Tədbirlər Yevlax şəhər, İsmayıllı və Şamaxı rayon təhsil şöbələrinin fəaliyyətini əhatə edib.

Milli.Azreport-a istinadən bildirir ki, bu barədə "Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci ildə fəaliyyəti haqqında" adlı hesabat sənədində deyilib.
Sənədə əsasən, mövcud statistik məlumatların təhlili, nəzarət tədbiri keçirilən təhsil müəssisələri üzrə ali təhsil müəssisələrinə qəbul olanların məzunlarının sayında xüsusi çəkisinin 2012-ci illə müqayisədə artdığını göstərsə də, ümumilikdə bu göstərici abituriyentlərin yarısından da az olub.
Nəzarət tədbirləri zamanı audit olunan təhsil şöbələrində əməyin ödənişi ilə bağlı bir sıra normativ-hüquqi aktların tələblərinə riayət edilmədiyi məlum olub. Həmin nöqsanlar nəticəsində artıq icra edilən cəmi vəsait əsasən siniflər üzrə şagirdlərin sıxlığının gözlənilməməsi və az kontingentli siniflərdə komplektləşdirmə aparılmaması, artıq dərs və dərnək saatlarının tarifləşdirilməsi, sinif rəhbərliyi və digər əlavələrin düzgün hesablanmaması meydana çıxıb.
Bundan başqa, bir sıra ümumtəhsil məktəblərinin hərbi rəhbərlərinin pedaqoji təhsilləri olmadığı halda onlara bədən tərbiyəsi və əmək təlimi ixtisası üzrə dərs yükünün tarifləşdirilməsi, habelə müxtəlif səbəblərdən artıq ştatların saxlanılması kimi nöqsanlara rast gəlinib. Ümumiyyətlə 2877 dərs saatı artıq tarifləşdirilib və 21 ştat artıq saxlanılıb.
Eyni zamanda, nöqsanların aradan qaldırılması istiqamətində görülən tədbirlərin nəticəsi olaraq, Yevlax şəhər Təhsil şöbəsinin müdiri və 1 mühasib vəzifədən azad edilib, baş mühasibə və 12 mühasibə şiddətli töhmət verilib.
İsmayıllı rayon Təhsil Şöbəsinin təchizat bölməsinin müdiri və 1 əməkdaş vəzifədən azad edilib, 10 məktəb direktoru və 1 mühasibə töhmət elan olunub.
Şamaxı rayon Təhsil şöbəsi tərəfindən isə daxil olan məlumatda qeyd olunur ki, 4 məktəb direktoru işdən azad olunub, 11 məktəb direktoruna töhmət verilib, 8 direktora xəbərdarlıq elan olunub, həmçinin 3 mühasibə töhmət verilib.
Qeyd edək ki, hesabat sənədi Milli Məclisə təqdim olunub. Sənəd aprelin 15-də Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Milli.Az

  • Paylaşmağı unutma

Səhr yaz

110 mindən çox abituriyent ərizəsini təsdiqləyib

110 mindən çox abituriyent ərizəsini təsdiqləyib

Ali təhsilin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasından) qəbul olmaq istəyən 115 min 245 abituriyent ərizə verib. Bununla bağlı "Report"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib....

On minlərlə gənc peşə təhsilindən kənarda qalıb

On minlərlə gənc peşə təhsilindən kənarda qalıb

"Təəssüf hissi ilə qeyd etməliyik ki, peşə təhsilinə qəbul ali təhsilə qəbuldan 3 dəfə azdır. Ölkəyə inkişaf istiqamətlərinə uyğun zəruri peşələrə malik ixtisaslı işçilər tələb edilir"....

Magistraturaya qəbul imtahanının yekun nəticələri

Magistraturaya qəbul imtahanının yekun nəticələri

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına fevralın 11-də keçirilən qəbul imtahanının yekun nəticələrini elan edib. "Report" xəbər verir ki, bakalavrlar imtahan nəticələri ilə buradan tanış ola bilərlər.