tehsil_xeberleri_metn Qərbi azərbaycanlıların Ermənistandan deportasiyası assimilyasiya və izolyasiya kontekstində

Qərbi azərbaycanlıların Ermənistandan deportasiyası assimilyasiya və izolyasiya kontekstində

Qərbi azərbaycanlıların Ermənistandan deportasiyası assimilyasiya və izolyasiya kontekstində

Qarabağ Zəfərindən sonra Şərqi Zəngəzur iqtisadi regionunun yaradılması ilə Qərbi Azərbaycan məsələsi də daha çox gündəmə gəlməyə başladı. Azərbaycanın polietnik, Ermənistanın isə monoetnik dövlət olması multikulturalizm aspektindən də bu mövzunu daha dəyərli hala gətirir.

AZƏRTACxəbər verir ki, bu fikirlər Azərbaycan Dillər Universitetinin rektorunun məsləhətçisi iqtisad üzrə fəlsəfə doktoru Anar Osmanlının “Qərbi azərbaycanlıların Ermənistandan deportasiyası assimilyasiya və izolyasiya kontekstində” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Müasir elmi ədəbiyyatda cəmiyyətdə müxtəliflik və birliyin izahında, o cümlədən multikultural situasiyanın tənzimləməsində assimilyasiya və izolyasiya məfhumları aktuallıq kəsb edir. Məhz multikulturalizm də siyasət modeli kimi cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə dövlətin apardığı konkret siyasəti xarakterizə edir. Bu siyasətin əsasında cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunması durur. Multikulturalizm siyasətinin meydana gəlməsindən əvvəl etnik, irqi, dini və mədəni müxtəlifliklərlə üzləşən dövlətlər bu müxtəliflikləri əsasən iki siyasət modeli vasitəsilə tənzimləməyə çalışırdılar: assimilyasiya və izolyasiya. Assimilyasiya siyasəti milli azlıqların etnik-mədəni dəyərlərini titul (əsas) etnosun mədəniyyətinə qatmaqla cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin ləğv edilməsini nəzərdə tutur. İzolyasiya siyasəti isə milli azlıqların etnik-mədəni dəyərlərinin titul etnosun etnik-mədəni dəyərləri ilə hər hansı bir əlaqəsinin qarşısını almaqla milli azlıqların cəmiyyətə inteqrasiya olmalarına imkan vermir. Azərbaycan dilində assimilyasiya ərimə və əritmə, izolyasiya isə təcridetmə anlayışları olaraq bilinir.

Qərbi Azərbaycan indiki Ermənistan Respublikasının əhatə etdiyi, tarixən azərbaycanlılarının sıx şəkildə yaşadığı coğrafi məkandır. XX əsrdə azərbaycanlıların Ermənistandan deportasiyası və köçürülməsi nəticəsində hazırda orada azərbaycanlılara məxsus heç bir yaşayış məntəqəsi qalmayıb.

Son iki əsr ərzində Qərbi Azərbaycanda ermənilər soydaşlarımıza qarşı deportasiya, soyqırımı, etnik təmizləmə siyasəti aparıblar. Məhz bu ərazilərdə Azərbaycanın tarixi-mədəni irsinin məhv edilməsi, azərbaycanlıların ermənilər tərəfindən assimlyasiya və izolyasiyaya məruz qalması tarixi reallıqdır.

Azərbaycan multikulturalizm və tolerantlıq strategiyasını dövlət siyasəti olaraq həyata keçirir. Belə ki, ölkə daxilində yaşayan etnik qruplar və dini icmalar bu siyasəti, eləcə də azərbaycançılıq məfkurəsini əsas götürərək öz inkişaf dinamikalarını təmin edirlər. Dövlət bütün imkanlarından istifadə edərək milli və dini icmaların mədəniyyət və adət-ənənələrinin qorunmasını, inkişaf etdirilməsini öz öhdəliyi hesab edir. Təsadüfi deyil ki, Ermənistanda azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə əksər hallarda dövlət orqanlarının sistemli fəaliyyəti ilə baş verib. Bu proses 1905-1906-cı, 1918-1921-ci, 1948-1953-cü və 1988-1991-ci illərdə xüsusilə şiddətli və amansız olub. Zəngəzur daxil olmaqla azərbaycanlılar üstünlük təşkil edən bir çox bölgələr Ermənistana verilib və yüz minlərlə azərbaycanlının Ermənistandan deportasiyası barədə irqçi qərara imza atılıb.

Hazırda Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması, eyni zamanda, multikulturalizm aspektindən də mühüm nəticələrə gətirib çıxaracaqdır. Belə ki, ermənilər, Azərbaycanda yaşayan digər dini və milli icmalar kimi bərabərhüquqluluq prinsipinə müvafiq olaraq yaşamalarını, buna müqabil azərbaycanlıların Ermənistan ərazisindəki Qərbi Azərbaycan torpaqlarına qayıdışını təmin edəcəkdir. Tarixi məlumatlara istinadən deyə bilərik ki, bolşevik işğalından öncə çar Rusiyası zamanında İrəvan xanlığı ərazisində müsəlmanlar-azərbaycanlılar əksəriyyəti təşkil edirdi. Gülüstan və Türkmənçay sülh müqavilələrinə müvafiq olaraq ermənilərin bu qədim Azərbaycan torpaqlarına köçürülməsi də məlumdur. Bu mənada Rusiyanın 1920-ci il işğalına qədər İrəvan ərazisində müsəlman kimliyi əsas götürülürdü. Ermənilərlə toqquşmalarda və deportasiyada müsəlman kimliyi önə çıxırdı. Məhz tarix kitablarında bu çərçivədə cərəyan edən hadisələr erməni-müsəlman davası olaraq bilinir. Bunlara dəlil olaraq, 1905 və 1918-ci il hadisələrinin erməni-müsəlman davası adlandırılmasını göstərmək olar.

Müsəlman kimliyi altında bir çox etnoslar qədimdən bu torpaqlarda yaşayırdılar. Qədim İrəvan ərazisində multikultural mühit mövcud idi. Məhz bolşevik işğalına qədər aparılan deportasiya, assimilyasiya və izolyasiya siyasəti də ümumən müsəlman kimliyinə yönəlmişdi. Əlbəttə ki, burada ən çox zərər çəkən isə Azərbaycan türkləri idi. Ümumiyyətlə, dövrün qlobal siyasi durumu da bu yöndə idi. Alt qatlarda dini kimlik milli kimliyi üstələyir, aparılan mübarizə və müharibələr bu istiqamətdə irəliləyirdi. Ermənilərə dəstək verən böyük dövlətlər onların müsəlmanları zor tətbiqi yolu ilə deportasiya etmələrinə kömək edirdi. Bu tendensiya çar Rusiyası süqut etdikdən sonra bolşeviklər vasitəsilə davam etdi. Beləliklə, mahiyyət dəyişmədi, əksinə, daha geniş vüsət aldı. Hazırda Ermənistan-İran və Fransa üçlüyünün Zəngəzur dəhlizinə qarşı çıxması bu tarixi düşüncədən qaynaqlanır. Bu üçlük müsəlman-azərbaycanlı varlığına bu torpaqlarda nifrət bəslədikləri üçün tarixdə olduğu kimi, müasir dövrdə də özlərinin assimilyasiya və izolyasiya siyasətlərini tətbiq etmək istəyirlər. Bu baxımdan tarixdən ibrət alınmadığı zaman təkrar hadisələr baş verir.

Azərbaycan tərəfi 44 günlük Qarabağ müharibəsindən sonra beynəlxalq hüquq və normalar çərçivəsində bu kimi məsələlərin həll olunması üçün beş prinsipə əsaslanan təkliflərini təqdim etmişdir. Qarabağda ermənilərin digər dini və milli icmalar kimi birgəyaşayış dəyərlərinə mənsub olaraq mövcudiyyətləri Azərbaycanın multikultural dövlət siyasətinin tərkib hissəsidir. Yaxın zamanda təqdim olunan Qərbi Azərbaycana Qayıdış Konsepsiyası da bu kontekstdə əhəmiyyət qazanır. Qayıdış Konsepsiyasının məzmun və mahiyyətinə diqqət etdikdə görmək mümkündür ki, orada ermənilərin azərbaycanlılara qarşı deportasiya, assimilyasiya və izolyasiya siyasətləri tarixi arqumentlərə əsaslanaraq açıq şəkildə verilib.

Ümumiyyətlə, Cənubi Qafqazda sülhün və multikultural mühitin stabil olması üçün Qərbi azərbaycanlıların öz tarixi torpaqlarında yaşamaları təmin olunmalıdır. Bu hər iki tərəf üçün multikultural inteqrasiya prosesini ehtiva edir. Ermənistan tərəfinin bu tarixi reallığı və fürsəti qaçırması özləri üçün çox böyük uğursuzluğa gətirib çıxaracaq.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...