tehsil_xeberleri_metn Qərbi Azərbaycana qayıdışla bağlı ictimai dinləmə keçirilib

Qərbi Azərbaycana qayıdışla bağlı ictimai dinləmə keçirilib

Qərbi Azərbaycana qayıdışla bağlı ictimai dinləmə keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektorluğun təşkilatçılığı ilə Qərbi Azərbaycan İcmasının (QAİ) İdarə Heyətinin üzvləri ilə universitetin professor-müəllim heyəti və tələbələrin görüşü keçirilib.

"Report"xəbər verir ki, tədbir çərçivəsində həmçinin 21 Fevral - Beynəlxalq Ana Dili Günü ilə bağlı Meh Ədəbi Dərnəyinin üzvləri olan tələbələrin hazırladıqıarı ədəbi kompazisiya nümayiş olunub və Qərbi Azərbaycana qayıdışın vacib komponentlərindən birinin də bu bölgədəki anadilli mədəniyyətin tədqiqi və yaşadılması olduğu qeyd olunub.

Tədbiri giriş sözü ilə açan ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, QAİ İdarə Heyətinin üzvü, professor Mahirə Hüseynova görüşün məqsədi barədə məlumat verərək, Qərbi Azərbaycan həqiqətlərinin həm daxili, həm də xarici auditoriyaya çatdırılmasının vacibliyini vurğulayıb. Prorektor qeyd edib ki, Pedaqoji Universitetdə keçirilən bugünkü görüş geniş ictimaiyyət arasında Qərbi Azərbaycana qayıdışla bağlı ilk ictimai dinləmədir və belə müzakirələr bütün ictimai qurumlarda təşkil olunmalıdır.

QAİ-nin sədr müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışında bildirib ki, bu ilk ictimai dinləmənin Beynəlxalq Ana Dili Günü ilə üst-üstə düşməsi heç də təsadüfi deyil. Deputat vurğulayıb ki, dil məsələsi xalqın milli birliyinin vacib simvollarından biridir və bu gün Qərbi Azərbaycana qayıdış aspektində, bu mühüm vəzifənin icrası ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü vəzifələr kontekstində dilimizin qorunması, Qərbi Azərbaycanda anadilli toponimlərin, dil abidələrinin tətqiqi və təbliği olduqca önəmlidir.

QAİ Qadınlar Şurasının sədri, Milli Məclis Əmək və Sosial Siyasət Komitəsinin sədr müavini Məlahət İbrahimqızı, millət vəkili Etibar Əliyev və digərləri çıxışlarında vurğulayıblar ki, siyasi aspektdən Azərbaycan tarixində heç vaxt belə bir əlverişli şərait olmayıb. Bu gün son 200 ildə Azərbaycan xalqının başına gətirilən faciələrin cavabının tapılması, haqq səsimizin dünyaya çatdırılması və tapdalanan haqlarımızın bərpası üçün bu gün münbit şərait yaranıb.

Çıxışlarda bildirilib ki, Vətən müharibəsindəki tarixi zəfərimiz Qərbi Azərbaycanda ermənilər tərəfindən xalqımıza qarşı törədilən tarixi ədalətsizliyin aradan qaldırılması üçün təşkilatlanmış fəaliyyətə başlamağa imkan verdi. Sözsüz ki, 1989-cu ildə Azərbaycan Qaçqınlar Cəmiyyəti kimi yaradılan QAİ bu günə qədər də böyük işlər görüb, lakin Qarabağ probleminin həlli İcma kimi daha sistemli mübarizə aparmağa və beynəlxalq səviyyədə haqq səsimizi bəyan etməyə əsas yaratdı. Cənab Prezidentin xeyir-duası ilə hazırlanan qayıdış konsepsiyası BMT və onun ali qurumları tərəfindən BMT-nin gündəliyinə daxil olan sənəd kimi yayımlandı və bu dünya arenasında böyük əks-səda oyatdı.

Çıxışlardan sonra suallar və təkliflər dinlənilib, qarşıda duran vəzifələrlə bağlı geniş müzakirələr aparılıb.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...