Qəbulda çətinlik yaradacaq nə ola bilər?

Qəbulda çətinlik yaradacaq nə ola bilər?

Magistraturaya qəbul imtahanının II mərhələsində qəbul proqramları üzrə tövsiyə olunan ədəbiyyat siyahısına rus dilində olan çoxlu sayda köhnə nəşrlər daxildir və bu, bakalavrların magistraturaya qəbul imtahanının II mərhələsinə hazırlaşmasına çətinlik yaradır.

Milli.Az xəbər verir ki, Dövlət İmtahan MərkəzindənTrend-ə verilən məlumata görə, bunu DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

"Məlumdur ki, bəzi ali məktəb müəllimləri Azərbaycan dilində elmi ədəbiyyatın və elektron resursların azlığı səbəbindən xarici dildə olan ədəbiyyatı tərcümə edərək tələbələrə təqdim edirlər və ya bu materialları hansısa internet resurslarında yerləşdirirlər. Lakin ali məktəblər tərəfindən təqdim olunan ədəbiyyat siyahısında mənbə kimi hər hansı internet resursların adlarına rast gəlinmir".

Sədr təklif edib ki, ali təhsil müəssisələrinin qarşısında elmin aparıcı sahələri üzrə internet resurslarının yaradılması və istifadə olunan əsas tədris materiallarının orada yerləşdirilməsi məsələsi qaldırılsın.

Sədr daha sonra qeyd edib ki, hazırda DİM tərəfindən ali təhsilin məzmunu ilə əmək bazarının tələbləri, yəni dövlət orqanlarının iş axtaranlara dair qoyduqları tələblərin müqayisəsi üzrə araşdırma aparılır. Bu araşdırmanın nəticələri də yaxın zamanlarda Şura üzvlərinə təqdim olunacaq.

Milli.Az

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...

......