tehsil_xeberleri_metn Qəbul imtahanlarında nə yenilik olcaq? - Təhsil xəbərləri

Qəbul imtahanlarında nə yenilik olcaq?

Qəbul imtahanlarında nə yenilik olcaq?

Bu günlərdə Dövlət İmtahan Mərkəzi tərəfindən 2017-ci ildə tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlilinin əks olunduğu "Abituriyent" jurnalının 12 nömrəli buraxılışı nəşr olunub.

Mərkəzdən Milli.Az-a verilən məlumata görə, elmi-statistik tərəfdən bu təhlilə diqqətlə baxdıqda istər buraxılış, istərsə də qəbul imtahanlarında son 5 il ərzində davamlı müsbət dinamika müşahidə olunur. Bunun üçün sadəcə olaraq əvvəlki illərlə müqayisədə təhlilə diqqətlə baxmaq kifayətdir.

Təəssüflə qeyd etmək istəyirik ki, bir çox hallarda bəzi media qurumları kontekstdən çıxarılmış statistik göstəriciləri təqdim edir, bununla da cəmiyyətdə yanlış təsəvvür, ajiotaj yaratmağa çalışırlar.

Bir daha Dövlət İmtahan Mərkəzi olaraq media qurumlarından xahiş edirik ki, tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə peşəkar media güzgüsündə baxsınlar.

Qeyd edək ki, imtahanların məzmununun açıqlığının təmin edilməsi, bu sahədə həyata keçirilən tədbirlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə bu gün yeni bir layihə həyata keçiriləcək. DİM-in "Facebook" səhifəsi və "Youtube" kanalı vasitəsilə mayın 13-də keçirilən qəbul imtahanları ilə bağlı canlı yayım ediləcək. Canlı yayımda 2 gün ərzində Apelyasiya Komissiyasına, eləcə də DİM-in Facebook səhifəsinə və elektron poçtuna imtahanda istifadə olunmuş suallarla bağlı ünvanlanan müraciətlərə ekspertlər tərəfindən cavab veriləcək, abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqları, onları maraqlandıran digər suallar izah ediləcəkdir. İmtahanın məzmunu, test tapşırıqları və s. məsələlərlə maraqlanan media nümayəndələri, müəllimlər, ekspertlər, valideynlər, abituriyentlər yayımı izləyə və real vəziyyətlə tanış ola bilərlər.

Milli.Az

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...