tehsil_xeberleri_metn Qaxda antik dövrə aid əşyalar aşkarlanıb - Təhsil xəbərləri

Qaxda antik dövrə aid əşyalar aşkarlanıb

Qaxda antik dövrə aid əşyalar aşkarlanıb

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Albanşünaslıq Elmi Mərkəzinin “Qafqaz Albaniyasının maddi mədəni irsinin arxeoloji tədqiqi” sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Taleh Əliyevin rəhbərliyi ilə Şimal-Qərbi Azərbaycanın alban dövrü arxeoloji abidələri ekspedisiyası Qax rayonunun Qıpçaq kəndinin cənub hissəsində, Əyriçayın sağ sahilində antik dövrə aid torpaq qəbirlər, əşyalar aşkarlayıb.

AMEA-dan“Report”a verilən məlumata görə, qəbirlərdən sağ tərəfi üstdə, qismən bükülü vəziyyətdə dəfn olunmuş insanlara aid skeletlər və maddi-mədəniyyət qalıqları üzə çıxarılıb. Maraqlı tapıntılar içərisində həm əvvəlki ildə, həm də cari mövsümdə tapılmış kiçik qadın bütləri də var.

Ekspedisiya bir aya yaxındır, Qax rayonunun Qıpçaq kəndinin cənub hissəsində, Əyriçayın sağ sahilində, şərti olaraq Qıpçaqtəpə adlanan abidədə arxeoloji qazıntı işlərini davam etdirir.

Ekspedisiya rəhbərinin sözlərinə görə, Qıpçaqtəpə abidəsində yaşayış eradan əvvəl VI-V əsrlərdə başlamış, antik dövrdə ərazidə küp və torpaq qəbirlərdə dəfnetmə adəti mövcud olub. İlk orta əsrlər və klassik orta əsrlər mərhələsində ərazidə yaşayış şimal və şərq hissədə davam edib. Abidə Qanıx-Əyriçay hövzəsində yerləşən digər antik və ilk orta əsr alban dövrü abidələri ilə (Torpaqqala (Almalı), Torpaqqala (Lələli), Ağyazı, Qarabulaq, Qalaşəhər) bənzər maddi mədəniyyət nümunələrini özündə daşıyır.

Arxeoloji tədqiqatlar davam edir.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...