“Qarabağ duyğularımın rəngi ilə” - əlilliyi olan yaradıcı şəxslərin sərgisi

Bakı, 21 fevral,AZƏRTAC

Fevralın 21-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) əlilliyi olan yaradıcı şəxslərin əl işlərindən ibarət “Qarabağ duyğularımın rəngi ilə” adlı sərgi təşkil olunub.

Bu barədəAZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, ADMİU, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin, Abşeron Rayon İcra Hakimiyyəti Yanında İctimai Şura və “İstedadlı Əlillər” İctimai Birliyinin üzvlərinin birgə təşkilatçılığı ilə keçirilən tədbir Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunub.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Xocalı soyqırımı qurbanlarının, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri ADMİU-nun rektoru professor Ceyran Mahmudova açaraq sərginin önəmindən danışıb. Xocalı soyqırımını xatırlayan rektor Ümumxalq Hüzn Gününün hər il universitet daxilində müxtəlif tədbirlərlə anıldığını vurğulayıb: “2020-ci ildən başlayaraq, bu anım günləri başqa ruhla yad edilir. Şəhidlərimizi anmaqla yanaşı, biz həmçinin fəxarət hissləri keçiririk. Çünki Xocalıda canından olan 613 şəhidimizin, Birinci Qarabağ müharibəsi şəhidlərimizin qanı yerdə qalmadı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində düşmənə layiqli cavab verdi və böyük Qələbəni xalqımıza bəxş etdi”.

Rəhbəri olduğu ali təhsil ocağında Azərbaycanın tanınmış incəsənət və mədəniyyət xadimlərinin dərs dediyini və onların incəsənətimiz üçün peşəkar kadrlar hazırladığını deyən rektor onların illər boyu Qarabağ probleminə və Vətən müharibəsinə həsr olunmuş bir çox tədbirlər, sərgilər keçirdiklərini, tamaşa və filmlər hazırladıqlarını diqqətə çatdırıb. Sosial Xidmətlər Agentliyi ilə birgə əlilliyi olan yaradıcı şəxslərin sərgilərinin universitetdə tez-tez keçirildiyini deyən C.Mahmudova bu cür istedadlı şəxslərə dəstək olmağa hər zaman hazır olduqlarını vurğulayıb.

Milli Məclisin deputatı Aqil Məmmədov əsrin faciəsi olan Xocalı soyqırımından, eləcə də Vətən müharibəsindən bəhs edib. A.Məmmədov Vətən müharibəsində qazanılan böyük Zəfəri dövlətimizin gələcək böyük uğurlarının başlanğıcı adlandırıb.

Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev çıxışında Qarabağ Zəfərindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasətindən danışıb. Adil Əliyev yaxın günlərdə Türkiyədə baş verən zəlzələ faciəsinə də toxunaraq universitetdə təhsil alan türkiyəli tələbələr başda olmaqla, bütün türk dünyasına başsağlığı verib. Komitə sədri bu hadisədə Azərbaycanın Türkiyəyə növbəti qardaş dəstəyindən bəhs edərək bildirib ki, bu, Azərbaycan və Türkiyənin “iki dövlət, bir millət” olduğunu bir daha sübut etdi.

“İstedadlı Əlillər” İctimai Birliyinin sədri Qubad Qasımov, ƏƏSMN-in Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Cəmaləddin Quliyev, ƏƏSMN-in tabeliyində Sosial Xidmətlər Agentliyinin rəhbərliyinin nümayəndəsi Fərhad Allahverdizadə, Abşeron Rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli və digər qonaqlar çıxış edərək Xocalı soyqırımından bəhs ediblər.

Tədbirin bədii hissəsində ADMİU-nun müəllimləri, Xalq artistləri Gülyanaq Məmmədova, Teyyub Aslanov, Əməkdar artist Zakir Əliyev musiqi nömrələri ilə çıxış edib, universitetin tələbələrinin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

Sonda qonaqlar “İstedadlı Əlillər” İctimai Birliyinin hazırladığı “Qarabağ duyğularımın rəngi ilə” adlı sərgi ilə tanış olublar.

  • Paylaşmağı unutma

Səhr yaz

BDU-nun tələbələri arasında bədii qiraət və rəsm müsabiqəsi

BDU-nun tələbələri arasında bədii qiraət və rəsm müsabiqəsi

Bakı Dövlət Universiteti (BDU) tələbələr arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii qiraət və rəsm müsabiqəsi elan edir. Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, müsabiqədə iştirak etmək istə...

“Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir

“Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən həyata keçirilən “Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir. İnstitutdan AZƏRTAC-a bildirilib ki, budəfəki seminarlar Bakıdakı 61 və 204 nömrəli tam orta məktəb...

Uşaq səfirlər STEAM mərkəzində

Uşaq səfirlər STEAM mərkəzində

Uşaq səfirlər “STEAM İnnovasiya Mərkəzi” ilə tanış olublar. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, məktəbli səfirlər STEAM mərkəzində astrofizika laboratoriyası, aviasiya məkanı, klassik Nyuton, oyun, konstruksiya, ...

ABŞ alimləri kiçik almaz kürə ilə təmiz enerji əldə ediblər

ABŞ alimləri kiçik almaz kürə ilə təmiz enerji əldə ediblər

ABŞ-nin Kaliforniya ştatında alimlər 192 şüa lazerini kiçik bir almaz yanacaq kapsulu olan silindrə yönəldiblər. Lazer işığının bu güclü partlayışı böyük temperatur və təzyiqlər yaradıb və sintez reaksiyasına - günəş enerjisini artıran reaksiyaya ...