tehsil_xeberleri_metn Qana boyanmış gecə... - Təhsil xəbərləri

Qana boyanmış gecə...

Qana boyanmış gecə...

Xocalı qırğını XX əsrin ən böyük faciəsidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər imperiya ordusunun Xankəndində yerləşmiş 366-cı alayının köməyi ilə Xocalıda amansızlıqla törətdiyi genosid aktı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

O gecə Xocalı büsbütün qana boyanmışdı.

Qeyd etmək lazımdır ki, əsrlər boyu türklərə qarşı düşmənçilik siyasəti yeridən Ermənistan dövlətinin bu dəhşətli hadisəni törətməkdə əsas məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirən Xocalı, həm də Qarabağın guya ermənilərə aid olması haqqında yalanları ifşa edən tutarlı fakt idi. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələri tarixə Xocalı-Gədəbəy mədəniyyəti adı ilə daxil edilmiş və tədqiq olunmuşdu. İşğaldan sonra bütün bu maddi mədəniyyət abidələrinin və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi, dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.

Bu fikirləriAZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini dosent Kəmalə Nəcəfova bildirib. K.Nəcəfova qeyd edib ki, sovet hakimiyyəti dövründə Ermənistan dövləti bütün beynəlxalq hüquq normalarına zidd olaraq, hər vasitə ilə Qarabağda azərbaycanlıları məhv edərək ərazini özünə birləşdirməyə çalışır və bu yolda bütün cinayət və vəhşiliyə hazır olduğunu nümayiş etdirirdi. Uzun vaxt ərzində Xocalı şəhəri mühasirədə qalmış, həmin dövrdə respublika rəhbərliyi tərəfindən əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün heç bir əməli addımlar atılmamışdı. Son damla qanına qədər şəhəri müdafiə edən igidlərimizin fədakarlıqlarına baxmayaraq, Xocalı soyqırımı baş verdi, 613 nəfər Xocalı sakini (onlardan 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca) vəhşicəsinə öldürüldü, 8 ailə tamamilə məhv edildi, çoxlu sayda insan yaralandı. Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirildi.

Qanlı gecədən sonra dörd gün ərzində Xocalıda qətlə yetirilmiş azərbaycanlıların meyitləri Ağdam məscidinə gətirilib, onlardan 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq olmaqla) məhkəmə-tibbi ekspertizasından keçirilib. Ekspertiza zamanı müəyyən edilib ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olub,10 nəfər küt alətlə vurularaq öldürülüb. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə alıb. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan da istifadə edilib. Bütün bunlar erməni qəddarlığının danılmaz sübutudur.

Bu gün fəxrlə deyə bilərik ki, haqq-ədalət qalib gəldi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun gücü, qüdrəti ilə 44 günlük Vətən müharibəsində Zəfər qazandıq, torpaqlarımız işğaldan azad olundu. Bizim Qələbəmiz xalqımızın mərdliyini, vətənpərvərliyini dünyaya göstərdi.

Ermənistan dövlətinin hərbi arsenalı və təcavüzkar ordusu darmadağın edildi. Biz Zəfərimizlə sonsuz qürur duyuruq.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...