Qadın adlı bığlı müəllim - növbəti dərslik biabırçılığı

Qadın adlı bığlı müəllim - növbəti dərslik biabırçılığı - 1

Orta məktəb dərsliklərindəki səhv və çatışmazlıqlarla bağlı mətbuatda dəfələrlə yazılar dərc olunub.Milli.Azaznews.az-a istinadən xəbər verir ki, növbəti yalnışlıq isə orta məktəbin 5-ci sinif şagirdləri üçün nəzərdə tutulmuş "Ana dili" dərsliyindədir. Dərslikdə kişi müəllim Dilbər adı ilə təqdim edilir.

"İradənin gücü" adlı hekayədə Nahidə öyüd-nəsihət verən Dilbər müəllimin bığlı rəsmi ilə adının arasında çox böyük ziddiyyət var. Hekayə ümumilikdə heç bir məna ifadə etmir. Məntiqdən kənar hekayənin müəlliflərinin azyaşlılara təqdim etdiyi müəllimə qadın adının verilməsi təəccüb doğurur.

Adlar kitabında isə Dilbər "Ürək aparan, könül açan, ürək çəkən qız" kimi ifadə edilir.

Söz yoxki, Azərbaycanda və eləcə də dünyanın digər ölkələrində eyni adın həm kişiyə, həm də qadına qoyulması adi haldır. Məsələn, bizdə Qismət, Qənimət, Yavər, Arzu, Laçın, Tərlan kimi adlar var ki, bu adlar həm qızlara, həm də oğlanlara verilir. Çünki bu adlar konkret cinsə aid edilmir. Məsələn, Qismət adının mənası "bəxt, bəxtə çıxan şey, tale, nəsib" kimi fikirləri ifadə edir ki, bunun da qadın və ya kişi cinsinə adiyyəti yoxdur.

Amma Dilbər ərəb sözü olub, könül aparan qadın mənasını verir. Lap klassik şairlərimizdən üzü bu yana dilbər daim qadın gözəlliyini vəsf edən söz kimi işlənib:

"Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər, Nə dilbər?
Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər".
Bu, Həsənoğlunun məşhur qəzəlindəndir.

Və ya İmaməddin Nəsiminin "Neylərəm" qəzəlindəki müraciəti:
"Dilbəra mən səndən ayri ömrü-canı neylərəm
Tacu-taxtı, mülki-malı, xanimanı neylərəm?"

Bu gün 5-ci siniflərə təbliğ olunan Dilbər müəllimi artıq yuxarı siniflərdə Həsənoğlunun, Nəsiminin qəzəllərində gözəl-göyçək qız kimi təqdim edəcəklər. O zaman bizim zavallı şagirdlərimiz Məşədi İbad kimi çaş-baş qalacaqlar və yəqin ki, onlarda bu sual yaranacaq: Bir baxıb görəydiniz bu Dilbər qadındır, yoxsa kişi?...

Yəqin ki, bizi narahat edən bu suala Təhsil Nazirliyi və aidiyyəti qurumlar cavab verməyəcək.

Milli.Az

  • Paylaşmağı unutma

Səhr yaz

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Oktyabr ayı üzrə 729 müraciətçinin 612-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə "Report"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib....

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

2023-2024-cü tədris ilində e-jurnal və e-gündəlik platformasına qoşulan ümumi təhsil müəssisələrinin sayı 453-ə çatıb. Elm və Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sözügedən sistemdən hazırda Bakı şəhəri ilə yanaş...

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

"Bu gün məktəblərdə psixoloq ştatının azlığı onların aldığı əməkhaqqının az olması ilə əlaqədardır". “Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” ...