tehsil_xeberleri_metn Psixoloqların işə qəbulu üzrə imtahanın vaxtı açıqlanıb

Psixoloqların işə qəbulu üzrə imtahanın vaxtı açıqlanıb

Psixoloqların işə qəbulu üzrə imtahanın vaxtı açıqlanıb

Psixoloqların işə qəbulu üzrə imtahanın vaxtı açıqlanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən"Report"a verilən məlumaat görə, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin II (test imtahanı) mərhələsi 27 fevral 2022-ci il tarixində keçiriləcək.

İmtahan Bakı şəhəri 20 nömrəli məktəb-liseyin (Yasamal rayonu, Parlament prospekti, 7/11) inzibati binasında təşkil olunacaq.

Psixoloq vəzifəsi üzrə işə qəbul olmaq istəyən 787 nəfər elektron portal vasitəsilə qeydiyyatdan keçib. Qeydiyyatdan keçmiş şəxslərin elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra 614 namizədin müsabiqənin test imtahanı mərhələsində iştirakı mümkün hesab edilib. İmtahanın keçiriləcəyi yer və saat barədə məlumat namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrələrinə göndərilib.

İmtahana buraxılışın, qeydiyyat və yerləşdirmənin təşkili zərurəti ilə əlaqədar iştirakçılardan təyin edilmiş vaxtdan 30 dəqiqə əvvəl imtahanın keçirildiyi məntəqədə olmaları xahiş edilir.

İştirakçı imtahana gələrkən şəxsiyyət vəsiqəsini və COVID-19 peyvənd sertifikatını (və ya immunitet sertifikatı) təqdim etməlidir. Əks halda, namizədin imtahanda iştirakı mümkün olmayacaq.

Müsabiqənin hər hansı mərhələsində elektron ərizədəki məlumatlarla mövcud vəziyyət arasında uyğunsuzluq aşkar edilərsə, namizədlərin nəticələri ləğv olunacaq

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...