tehsil_xeberleri_metn Psixoloq: “Məktəbdə “sən köksən” və buna oxşar şayiələr uşaqlara pis təsir edir”

Psixoloq: “Məktəbdə “sən köksən” və buna oxşar şayiələr uşaqlara pis təsir edir”

Psixoloq: “Məktəbdə “sən köksən” və buna oxşar şayiələr uşaqlara pis təsir edir”

Məktəbdə yeniyetmə yaşında olan qızlara və oğlanlara fiziki görünüşləri ilə bağlı neqativ fikirlərin deyilməsi onların bullinqə məruz qalmasına səbəb olur və aqressiya doğurur. Qızlara “sən köksən”, “ayaqların əyridir”, “səni filan oğlan istəyir” kimi şayiələr daha çox təsir edir.

AzEdu.azxəbər verir ki, bunu Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Elnarə Baxışlı deyib.

O bildirib ki, bənzər durum oğlan uşaqlarında da öz mənfi təsirini göstərir:

“Belə ki, oğlanlara “sən zəifsən”, “sən eybəcərsən”, “bığlarına bax” kimi sözlərlə psixoloji təzyiqlər, eləcə də birbaşa fiziki şiddətin tətbiq edilməsi faktları ola bilir. Eyni zamanda qismən seksual xarakterli davranışların sərgilənməsi ola bilər ki, oğlan uşaqları bu zaman tez-tez dalaşır, aqressiv olurlar və evdəkilərlə mübahisəyə meylli olur. Qızlar isə məktəbə getmək istəməməyə başlayırlar. Valideynlər diqqətli olmalıdırlar.

Qız uşaqları bullinqə məruz qaldıqları zaman tez-tez valideynlərindən “mən gözələmmi?” suallarını verirlər. Valideynlər bu kimi durumlardan artıq anlamalıdırlar və dərhal problemin həlli üçün tədbir görməlidirlər. Uşaqlar bunu büruzə verməməyə çalışırlar. Ona görə də valideynlər uşaqların özgüvəninin yerində olmasına, məktəbdən evə gələndəki ab-havasına baxmalı və məktəblə uşaq arasındakı münasibətləri müşahidə etməlidirlər. Valideynlərin uşaqlarıilə dərsdən sonra həmsöhbət olmaları tövsiyə olunur”.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...