tehsil_xeberleri_metn Prezidentin fərdi təqaüdçüsü 91 yaşında vəfat edib - Təhsil xəbərləri

Prezidentin fərdi təqaüdçüsü 91 yaşında vəfat edib

Prezidentin fərdi təqaüdçüsü 91 yaşında vəfat edib


Geologiya-mineralogiya elmləri doktoru, professor, Prezidentin fərdi təqaüdçüsü, iki dəfə Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi Fərid Dadaşov vəfat edib.

“Report”xəbər verir ki, o, 91 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Dadaşov Fərid Həsən oğlu 1930-cu ildə Bakı şəhərində anadan olub. 1952-ci mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunun (indiki ADNSU) Geoloji-kəşfiyyat fakültəsini bitirib. 1952-1954-cü illərdə həmin institutun aspiranturasında oxuyub, “Neft yataqlarının geologiyası” kafedrasında işləyib.

1957-ci ildən Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) işləyib. 1977-1984-cü illərdə Geologiya İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. “Neft və qaz yataqlarının genezisi və əmələgəlməsi” şöbəsinin rəhbəri olub.

Elmi fəaliyyəti təbii qazların geologiyası və geokimyası, palçıq vulkanizmi, neft-qaz yataqlarını geologiyası, axtarışı və kəşfiyyatı ilə bağlıdır. O, neft-qaz geologiyası və geokimyası sahəsində, təbii qazların tədqiqatı üzrə görkəmli alimdir. F.Dadaşov Azərbaycanın və Xəzər dənizinin neftli-qazlı rayonlarının karbohidrogen qazlarının dəyişməsi qanunauyğunluğunu müəyyən edib, hidrosferin qazlarını öyrənmək üçün yeni üsul təklif edib, neft-qaz-toplanma zonalarının qazgeokimyəvi kriterilərini işləyib hazırlayıb. Onun nəzəri işləmələri neft, qaz, sulfid yataqları axtarışında, hidrotexniki, mülki və sənaye obyektlərin tikintilərində, ekologiya sahələrində tətbiq edilib.

Günəşli neft yatağını ilk kəşf edənlərdəndir. 1988-ci ildə “Azərbaycan SSR-in neft və qaz yataqları və perspektiv strukturları xəritəsi”nə görə Azərbaycan SSRİ Dövlət mükafatına layiq görülüb. “Şərəf nişanı” ordeni və medallarla təltif edilib.

F.Dadaşov 300-dən çox elmi işin, 8 monoqrafiyanın, 3 müəlliflik şəhadətnaməsinin müəllifidir. “Azərbaycanın geokimyəvi anomaliyaları”, “Azərbaycanın neft-qaz yataqları və perspektivli sahələri”, “Xəzər dənizinin palçıq vulkanları”, “Azərbaycanın neft və qaz ehtiyatlarının xəritəsi”, “Azərbaycanın təbii qazları” xəritələrin müəlliflərindən biridir.

15 il ərzində doktorluq dərəcəsi vermək üzrə Elmi Şuranın sədri olub. 18 geologiya-mineralogiya elmləri namizədi, 3 elmlər doktoru hazırlayıb
  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...