Peşəkar Mühasib Sertifikatı almaq istəyənlər üçün?

Peşəkar Mühasib Sertifikatı almaq istəyənlər üçün?

Dövlət İmtahan Mərkəzi tərəfindən peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi (qanunvericilik üzrә) keçirilib.

"Report"xəbər verir ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 1 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 1 ümumi imtahan rəhbəri, 2 imtahan rəhbəri, 20 nəzarətçi-müəllim, 2 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.

COVID-19 infeksiyası ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına yalnız tibbi maska ilə daxil olmağa icazə verilib və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan zallarında namizədlər bir-birindən lazımi uzaq məsafədə əyləşdirilib.

İmtahan 3 saat müddətində aparılıb və namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. 40 test tapşırığının 35-i qapalı, 5-i açıq tipli tapşırıqlardır. İmtahanda maksimum 100 bal toplamaq mümkündür.

İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar yaxın 10 gün ərzində elan olunacaq.

  • Paylaşmağı unutma

Səhr yaz

110 mindən çox abituriyent ərizəsini təsdiqləyib

110 mindən çox abituriyent ərizəsini təsdiqləyib

Ali təhsilin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasından) qəbul olmaq istəyən 115 min 245 abituriyent ərizə verib. Bununla bağlı "Report"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib....

On minlərlə gənc peşə təhsilindən kənarda qalıb

On minlərlə gənc peşə təhsilindən kənarda qalıb

"Təəssüf hissi ilə qeyd etməliyik ki, peşə təhsilinə qəbul ali təhsilə qəbuldan 3 dəfə azdır. Ölkəyə inkişaf istiqamətlərinə uyğun zəruri peşələrə malik ixtisaslı işçilər tələb edilir"....

Magistraturaya qəbul imtahanının yekun nəticələri

Magistraturaya qəbul imtahanının yekun nəticələri

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına fevralın 11-də keçirilən qəbul imtahanının yekun nəticələrini elan edib. "Report" xəbər verir ki, bakalavrlar imtahan nəticələri ilə buradan tanış ola bilərlər.