tehsil_xeberleri_metn Peşə məktəblərinə vakant yerlərin sayı açıqlanıb - Təhsil xəbərləri

Peşə məktəblərinə vakant yerlərin sayı açıqlanıb

Peşə məktəblərinə vakant yerlərin sayı açıqlanıb

"Bu il peşə məktəblərinə direktor və direktor müavinlərinin işə qəbul müsabiqəsi üzrə 22 direktor və 28 direktor müavini vakansiyası təqdim olunub".

“Report”xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifələrini icra edən Ceyhun Kərəmov “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, direktor və direktor müavinlərinin işə qəbulu üzrə 581 nəfər müraciət edib və onlardan 323-ü test imtahanında iştirak edib:

"İxtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsi üzrə isə 79 ixtisas fənn müəllimi və 211 istehsalat təlimi ustası vakansiyası təqdim olunmuşdu. Bunun üçün 1328 nəfər müraciət edib və onlardan 765 nəfəri test imtahanında iştirak edib. Yaxın zamanlarda imtahandan uğurla keçmiş şəxslərin iş yerlərinə göndərilməsinə başlanılacaq".

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...