Ötən ay xaricdə təhsil alan 95 nəfərin diplomu tanınmayıb

Ötən ay xaricdə təhsil alan 95 nəfərin diplomu tanınmayıb - 1

Ötən ay xaricdə təhsil alan 95 nəfərin diplomu tanınmayıb.

Bu barədə"Report"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

Bildirlib ki, yanvar ayı üzrə 431 müraciətçinin 336-sı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 95 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb: "Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 55, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 18, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 9, digər səbəblər üzrə 13 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb. Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyə Respublikasından 115, Rusiya Federasiyasından 115, Ukraynadan 109, Gürcüstandan 18, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 11, digər ölkələrdən isə 63 müraciətin olduğu müşahidə olunur. Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 69, iqtisadiyyat üzrə 30, tibb üzrə 29, biznesin idarə edilməsi üzrə 20, stomatologiya üzrə 17 nəfər müraciətçi qeydə alınıb. Bildiririk ki, sənədlərə ortalama baxılma müddəti 25 gün təşkil edib".

  • Paylaşmağı unutma

Səhr yaz

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Oktyabr ayı üzrə 729 müraciətçinin 612-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə "Report"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib....

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

2023-2024-cü tədris ilində e-jurnal və e-gündəlik platformasına qoşulan ümumi təhsil müəssisələrinin sayı 453-ə çatıb. Elm və Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sözügedən sistemdən hazırda Bakı şəhəri ilə yanaş...

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

"Bu gün məktəblərdə psixoloq ştatının azlığı onların aldığı əməkhaqqının az olması ilə əlaqədardır". “Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” ...