Orta məktəblərdə psixoloq ştatlarının artırılması təklif edilir
![Orta məktəblərdə psixoloq ştatlarının artırılması təklif edilir Orta məktəblərdə psixoloq ştatlarının artırılması təklif edilir](https://www.testler.az/articles/pics/tehsil-xeberleri/1931/1931-orta-mekteblerde-psixoloq-statlarinin-artirilmasi-teklif-edilir-1.jpg?1711563222)
Azərbaycanda orta məktəblərdə psixoloq ştatlarının artırılması təklif edilir.
"Report"un xəbərinə görə, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2022-ci il üzrə illik məruzəsində əksini tapıb.
Məruzədə qeyd edilib ki, orta məktəblərdə şagird sayına uyğun müəyyən edilən mövcud psixoloq ştatlarının artırılması, peşəkar və ixtisaslaşmış psixoloqların cəlb edilməsi Ombudsman tərəfindən təklif olunur.