tehsil_xeberleri_metn Orfoqrafiyada yeni dəyişikliklər olacaq - Təhsil xəbərləri

Orfoqrafiyada yeni dəyişikliklər olacaq

Orfoqrafiyada yeni dəyişikliklər olacaq

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) “Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsini təsdiqlənməsi üçün bu həftə Nazirlər Kabinetinə (NK) təqdim edəcək.

Bunu Orfoqrafiya Komissiyasının sədr müavini, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

İ.Həbibbəylinin sözlərinə görə, layihənin əvvəlki variantında 69 maddə olsa da, təklif edilən bəzi maddələr qəbul edilməyib və layihədən çıxarılıb. Buna görə də layihənin sonuncu variantı 62 maddə ilə NK-ya təqdim ediləcək.

Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Trend-ə bildirib ki, layihədəki 62 maddənin hamısı yeni deyil. Layihədəki yeniliklər Avropa dillərindən alınma sözlərin əvvəlində və sonunda qoşa "s" samitindən birinin düşməsi, "anti" ön şəkilçisi və "trans", "proto" morfemlərinin xüsusi isimlərlə birləşməsi kimi qaydalarla bağlıdır.

M.Nağısoylu qeyd edib ki, yeni layihəyə görə, bu ön şəkilçi və mürəkkəb sözlərin hissəcikləri xüsusi isimlərlə birləşdiyi zaman defislə ayrılır və xüsusi isimlər böyük hərflə (anti-Rusiya, trans-Asiya, trans-Avropa, trans-Avrasiya, trans-Qafqaz, proto-Azərbaycan və s.) başlayır. "Qeyri" və "ümum" morfemləri xüsusi isimlərlə birləşdiyi zaman defislə ayrılır və xüsusi isimlər böyük hərflə (qeyri-Avropa, ümum-Azərbaycan, ümum-Avropa, ümum-Bakı) başlayır.

M.Nağısoylu əlavə edib ki, layihəyə əsasən, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri, Azərbaycan Respublikasının Səhiyyə naziri tipli mürəkkəb adlarda sahə bildirən söz (Səhiyyə) böyük, vəzifə bildirən söz (nazir) kiçik hərflə yazılır. Tərkibində lisey, gimnaziya, vəqf, məktəb, fakültə, şöbə sözləri olan mürəkkəb adlarda ilk söz böyük (Humanitar fənlər gimnaziyası, Humanitar siyasət məsələləri şöbəsi, Uşaq-gənclər şahmat məktəbi), sonrakı sözlər kiçik hərflə yazılır. Fəxri adların özək hissəsini təşkil edən ilk söz böyük hərflə, sonrakı söz kiçik hərflə (Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq şairi və s.) yazılır.

M.Nağısoylu bildirib ki, qaydalar layihəsində ilk dəfə olaraq, milli sözlərin yazılışına dair bəndlər də öz əksini tapıb:

“Əvvəlki orfoqrafiya qaydalarının heç birində milli sözlərin yazılışına dair bir bənd də olsa yox idi. Amma yeni layihədə 5 yeni bənd var. Əslində, bu qaydalar pərakəndə şəkildə var idi, amma burada sistemli şəkildə milli sözlərin yazılışını ayrıca bənd kimi vermişik”.

Xatrladaq ki, Orfoqrafiya Komissiyasının iclasında iki maddə qəbul edilməyib. Həmin maddələr bunlar olub:

- Ərəb mənşəli –iyyat, -iyyət və -iyyə şəkilçilərində qoşa "y" samitindən birinin düşməsi;

Mövcud variant: ədəbiyyat, riyaziyyat, davamiyyət və s.

Təklif olunan variant: ədəbiyat, riyaziyat, mədəniyət, davamiyət, cərahiyyə, maliyyə və s.

- Avropa dillərindən alınma sözlərdə söz ortasında qoşa "m" hərflərindən birinin düşməsi:

Mövcud variant: qrammatika, kommersiya, kommutator, kommensal, kommentari, kommentator, kommersant, simmetriya, kommunist, meqommetr, lemma (riyaz.), lemminq (-lər) (zool.) və s.

Təklif olunan variant: qramatika, komersiya, komutator, komensal, komentari, komentator, komersant, simetriya, komunist, meqometr, lema (riyaz.), leminq (-lər) (zool.) və s.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...