Növbəti TOEFL iBT imtahanı keçiriləcək

Növbəti TOEFL iBT imtahanı keçiriləcək - 1

Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service – ETS) TOEFL iBT imtahanı yanvarın 8-də Dövlət İmtahan Mərkəzinin (DİM) Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.

Bu barədəAzEdu.az-aDİM-dən məlumat verilib. Bildirilib ki, imtahanda iştirak etmək istəyən şəxslər saat 08:00-dan gec olmayaraq aşağıdakı sənədlərlə birlikdə imtahan binasında olmalıdırlar:

1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;

2. İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə.

İmtahan iştirakçısı “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edir və imzalanmış şəkildə gətirməlidir.

İmtahan saat 9:00-da başlanır.

TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar həyata keçirilən sanitar-gigiyenik tədbirlər çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi, həmçinin fasilə zamanı ara məsafənin saxlanılması təmin olunacaq.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.

  • Paylaşmağı unutma

Səhr yaz

5
İrəvan Müəllimlər Seminariyası - 140

İrəvan Müəllimlər Seminariyası - 140

“İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli Sərəncamını milli yaddaşın bərpasına hədəflənib. Hər bir millət gələcəyə öz tarixinin çiynində gedir.

Bu gündən şagird yerdəyişməsi dayandırılır

Bu gündən şagird yerdəyişməsi dayandırılır

Bu gün saat 18:00 tarixindən etibarən şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalı vasitəsilə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq. Bu barədəTəhsil Nazirliyindən məlumat verilib. Səbəb məktəblərdə siniflərin...

Sınaq imtahanları niyə bahadır?-DİM-dən CAVAB

Sınaq imtahanları niyə bahadır?-DİM-dən CAVAB

2022-ci il üçün yanvar və fevral aylarında keçiriləcək imtahanların tarixləri məlum olub. Ümumilikdə isə sınaq imtahanları ilə bağlı əsas narazılıq qiymətlərin yüksək olmasıdır. Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunan imtahan qiymətlərinin...