Nə qədər boş yer öz sahiblərini hələ gözləyir?- Abituriyentlərin nəzərinə

Nə qədər boş yer öz sahiblərini hələ gözləyir?- Abituriyentlərin nəzərinə

"Birinci mərhələ üzrə qəbul planı 83, 12 faiz dolub və 32 196 nəfər tələbə adı qazanıb. Həmin şəxslərdən 27 541 nəfəri orta ümumtəhsil müəssisələrini 2015-ci ildə bitirən məzundur".

APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib. E. Nağızadənin sözlərinə görə, dövlət və özəl ali təhsil müəssisələrinə ümumilikdə 6 555 yer boş qalıb: "Həmin yerlərin siyahısı çap olunmaq üçün artıq hazırlanıb. "Abituriyent" jurnalının 8-ci sayında boş qalan yerlərin siyahısı axşam saatlarında abituriyentlərin istifadəsinə veriləcək. Ali məktəblərin boş qalan yerlərinə qəbul olmaq istəyən gənclər bilməlidir ki, proses avqustun 14-dən 19-dək internet vasitəsilə ixtisas seçimi aparılacaq. Müsabiqədə iştirak hüququ olan şəxslər həmin ixtisasları seçərək ərizələrində qeyd edə bilərlər".

TQDK rəsmisi əlavə edib ki, bu mərhələdə eyni zamanda 11 illik təhsil bazasında kolleclərə qəbul prosesi də həyata keçiriləcək: "Bildiyiniz kimi, bu ildən kolleclərə 11 illik təhsil bazasında qəbul buraxılış imtahanı əsasında keçirilir. Kimlər ki, müsabiqədə iştirak etmək hüququna malikdir, onlar avqustun 14-dən 19-na qədər kolleclərin ixtisaslarını seçə bilər".

E. Nağızadə qeyd edib ki, eyni ərizə formasında həm ali təhsil müəssisələrinin boş qalan plan yerlərini, həm də orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçmək mümkündür: "Bununla da ikinci mərhələ də başa çatdıqdan sonra ali təhsil müəssisələrinə qəbul prosesi yekunlaşacaq".

Milli.Az

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...

......